Yeniyetmə dönəmində uşaqların özgüvənini qorumaq və bu dönəmi psixoloji travma almadan keçirməsi çox önəmlidir. Övladları yeniyetmə çağında olan valideynlərə yardım etmək üçün bəzi vacib məqamlar var ki, bu gün məhz o meqamlardan danışacağıq. Hansı ki, bu məsələdə bizə “Gencaile.az” saytınən daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı yardımçı olacaq.
Övladlarınız təqdir edin, tərifləyin, amma…
Psixoloq deyir ki, övladlarınızın təkcə, uğurlarını deyil, hətta uğursuz alınan işlərinə sərf etdikləri əməyi belə dəyərləndirin, təqdir edin. Uşaqların özləri ilə qürur duymaları çox vacibdir. Özünəhörmət hissi az olan yeniyetmələr tərif ya təqdir eşidəndə narahat olurlar. Ona görə də övladlarınıza yerli-yersiz deyil, layiq olduğu anda əməyinə dəyər verib, tərifləyin”.
Tənqid edərkən də ehtiyatlı olun!
Almara xanım bildirir ki, yeniyetmə çağında olan övladınızı tənqid edərkən son dərəcə ehtiyatlı olun. Onlar artıq böyük kimi görünsələr də, hələ də nələrisə sınaq-səhv yolu ilə öyrənirlər. Övladlarınıza xırda səhvlər etmək üçün şərait yaradın. Uğursuz alınan işlərdə isə tənqidi cümlələrinizə diqqət edin ki, travmatik sözlər istifadə edərək özguvənlərini sarsmayın.
Lazim gəldiyində onlardan məsləhət alın
Mütəxəssis tövsiyə edir ki, hətta gündəlik həyatınızda onların da fikirlərini soruşun. Ailə qərarları və ailə büdcəsi haqqında onlarla məsləhətləşməniz yeniyetmələrə fərqli bir özgüvən verəcək. Hətta onlar bu tip suallarınıza laqeyd cavab versələr belə, fikirlərini öyrənməniz xoşlarına gəlir.
“Yox” deyərkən iki dəfə düşünün!
Ekspert deyir ki, yeniyetmə çağında olan uşaqlarınıza adət halını alaraq “yox”, “olmaz” sözlərini çox deməklə, onlarda özgüvən əskikliyi yaratmış olursunuz. Bəlkə də “hə”, “olar” desəniz onları yenidən kəşf etmə imkanınız olacaq. Övladınıza “yox” cavabını verəndə özünüz də düşünün: Onun bu tələbi üçün doğru cavab doğrudanmı “yox”, olmalı idi. Alternativ bir variant təklif ederek uşağınıza daha hörmətli şəkildə daha məsləhətli olana yöneldə bilərsiniz
Könüllü fəaliyyətlərinə icazə verin!
Almara xanım məsləhət bilir ki, ailədən kənar ortamlarda, geniş kollektivli bir qurumda könüllü çalışmasına icazə verəsiniz. Unutmayın ki, yeniyetmələr böyük ortamlarda çalışan zaman özlərini dəyərli hiss edirlər. Övladınız ona maraqlı olan qurumda könüllü çalışarsa, gələcəkdə sosial və iş həyatında uğurlu namizəd ola bilər. Hər halda övladınız təqdir gördükdə daha sağlam psixologiyalı və özgüvənli fərd olacaq.
Hazırladı: UĞUR
Problemi olmayan uşaq yoxdur. Ancaq onları aradan qaldırmaq mümkündür. Mühüm olan – onlarla qurduğumuz rabitədir və tərbiyə üsuludur. Əgər tərbiyə üsulu yanlış olarsa, ya da kobudcasına təqdim edilərsə, uşaq onu qəbul etməyəcəkdir. Yaxşı ailə o ailədir ki, layiqli bir tərbiyə üsulu tərtib edə bilsin. Hər bir sahədə olduğu kimi, övlad tərbiyəsində də sözsüz ki, problemlərlə üzləşəcəyik. Əgər valideynin düzgün tərbiyə üsullarından xəbəri vardırsa, övlad tərbiyəsində müvəffəqiyət qazanar.
Valideyn bunu da bilməlidir ki, övladı ideal deyildir, onun da səhvləri ola bilər. Bu təfəkkür valideyndə daha az şeylər gözləmək hissini inkişaf etdirəcəkdir. Yəni, valideyn övladından gördüyü bəyənilməyən rəftarlar zamanı tez özündən çıxmır və onu səbirlə başa salır.
Məncə, əgər əgər uşaqlarımızın tərbiyəli və sözə qulaq asan olmasını istəyiriksə, özümüz səbirli və təcrübəli olmalıyıq. Özümüz əxlaqlı olmalıyıq ki, onlardan da bu rəftarları tələb edə bilək. Valideyn, ilk növbədə, özünü islah etməlidir və sonra da övladını səbirlə tərbiyə etməlidir.