usaq

Övladlığa verilən uşaqların sonrakı taleyi… – Kim, harada, necə dolanır?

Baxış sayı: 573

Bu il 47-si oğlan, 52-si qız olmaqla 99 uşaq övladlığa verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsindən bildirilib. Məlumata görə, övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin e-infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də e-qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.

Mehriban Zeynalova

Övladlığa verilən uşaqların sonrakı taleyi barədə danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri  Mehriban Zeynalova deyir ki, əvvəllər yalnız əcnəbi ailələrə övladlığa verilən uşaqlara görə monitorinq keçirilirdi:

“Bir neçə il öncə, Prezident sərəncam imzalayıb. Belə ki, DOST xidməti  övladlığa götürülən uşaqların məsələləri işə məşğul olur. Ciddi monitorinq  mexanizmi nəzərdə tutulub. Yeni qaydaya görə valideyn uşaqdan övladlığa götürüldüyünü gizlətməməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir