Bal

Oynaqları balla müalicə edin – RESEPTLƏR

Baxış sayı: 1. 611

Oynaqlar xəstəlikləri zamanı bal çox yaxşı müalicəvi təsir edir.

Aşağıda təqdim etdiyimiz xalq təbabəti reseptləri xəstə oynaqlarda ağrıları və iltihabı azaldır.

1. 1/2 litr ilıq suda 1 xörək qaşığı bal və 1 çay qaşığı darçın həll edin və gün ərzində için. Müalicə kursu – 1 ay.

2. Həmçinin balı xəstə oynağa çəkin (bal duru olmalıdır), 5 dəqiqə ərzində massaj edin ki, bal dəriyə tam hopulsun və sonra oynağı yun şərflə bağlayın. Bunu axşam edib sarığı səhərə kimi saxlayın.

3. Balla duzun qarışığı da oynaq xəstəlikləri zamanı yaxşı kömək edir. 1 xörək qaşığı bal 1 xörək qaşığı narın duzla yaxşı qarışdırın və xəstə oynağa çəkib massaj edin. Daha sonra oynağı pambıq parça, sonra isə yun şərflə bağlayın və səhərə kimi saxlayın.

Sadaladığımız müalicə üsulları həkimlə məsləhətləşdikdən sonra istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir