Gulcohre Hesenova

Oyun və onun uşaqların inkişafındakı əhəmiyyəti

Baxış sayı: 431

Bu gün sizinlə oyun və onun zəruriliyi haqqında danışacağıq. Oyun, uşaqların və körpələrin öz dünyalarını dərk etmək üçün istifadə etdikləri bir vasitədir. Oyun, uşaqların öyrənmə qabiliyyətinə mənəvi qida verir və onların inam, təhlükəsizlik və dostluq kimi hisslərinin inkişafına kömək edir.

6 aylıq dövrdən başlayaraq uşaqlar oyunu daha düzgün istiqamətləndirir və bu zaman valideynlərin onların həvəsləndirilməsi və kömək etməsi zəruridir. Oyun, uşaqların öz bacarıqlarını təcrübədən keçirmələri üçün bir yoldur. Ünsiyyət üçün lazım olan bacarıqların əksəriyyəti məhz oyunlar vasitəsilə inkişaf etdirilir. Uşaqlara bədəni düzgün vəziyyətdə saxlamaq, müxtəlif hərəkətləri icra etmək, onların dünyagörüşünü artırmaqda kömək edir.

 

Oyuncaqlarla oynamaq uşaqlar üçün nə üçün zəruridir?

Uşaqların çoxu vaxtlarını oynamaqla keçirirlər. Onlar oyuncaqlarla oynayarkən özləri və onları əhatə edən insanlar və əşyalar haqqında məlumat toplayırlar. Məsələn, kərpicdən qala tikərkən uşaq kərpici yerindən götürməyi, onu qoymağı, qalanın dağılmaması üçün kərpici düzgün şəkildə yerləşdirməyi öyrənir. Əgər altdakı kərpici dartıb çıxararsa, bunun nə ilə nəticələnəcəyini və başqa belə suallara cavab tapmağa çalışır. Bunları dərk etmək uşaq üçün çox vacibdir.

Oyuncaqlarla oynamaq uşaqlara gələcək həyatlarında faydalı ola biləcək bacarıqları inkişaf etdirməyə kömək edir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu daha vacibdir, çünki onlar başqalarına nisbətən mümkün qədər daha çox faydalı təcrübə və bacarıq qazanmalıdırlar.

Oyuncaqlardan və oyun fəaliyyətlərindən istifadə etməklə müxtəlif bacarıqları inkişaf etdirə bilərik:

Əl hərəkətləri: Uşaq əllərini uzadaraq hər hansı bir əşyaya çatmaq və onu götürmək, əşyanı əlində atıb-tutmaq, yelləmək, itələmək və s.

Yaddaş: Gizlədilmiş oyuncağı tapmaq, şəkilləri və fiqurları ardıcıllıqla ya da salmaq, eşitdiyi nağıllardan suallara cavab vermək, şəkillərdə və oyuncaqlarda rəngləri tapmaq.

Nitq: Sözləri başa düşmək, şəkilləri göstərmək və adlarını söyləmək, səsləri və sözləri yamsılamaq, mahnılar oxumaq, bədən üzvlərinin adlarını söyləmək və göstərmək.

Problemi həll etmək: Oyuncaqların işləmə mexanizmi ilə maraqlanmaq, tapmacaları tapmaq və s.

Təsəvvür edici oyunlar: Gəlinciyi yedirtmək, həkim-həkim oynamaq, evcik-evcik oynamaq, yollar və şəhərlər tikmək və s.

Forma və rəng anlayışı: Fiqurları uyğun deşiklərə salmaq, tapmacaları tapmaq, rəngləri uyğunlaşdırmaq və s.

Əl-göz koordinasiyası: Şəkil çəkmək, rəngləmək, tapmacaları tapmaq, muncuqları ipə düzmək, halqaları oxa keçirtmək, fincandan su tökmək, kərpicləri ardıcıllıqla üst-üstə qoymaq və s.

Göründüyü kimi, oyun təkcə əyləncə vasitəsi deyil, eyni zamanda uşaqların dünyanı dərk etməsi, öz bacarıqlarını inkişaf etdirməsi və gələcək uğurlarına zəmin yaratması üçün əvəzolunmaz bir prosesdir.

 

Gülçöhrə Həsənova

Defektoloq-loqoped, surdopedaqoq

GULYA MMC-nin təsisçi rəhbəri




4 şərh “Oyun və onun uşaqların inkişafındakı əhəmiyyəti

  1. Nuridə

    Yazınız çox düşündürücüdür. Mən müəllim olaraq uşaqların oyun vasitəsilə öyrəndiyini həmişə hiss etmişəm, amma bunun elmi tərəfini daha dərindən başa düşmək çox faydalı oldu. Mənim sualım budur: Uşaqların oyun zamanı inkişaf etdiyi bacarıqlar arasında hansılar xüsusilə daha önəmlidir? Oyunla bağlı konkret metodlar və strategiyalar varmı ki, uşaqların inkişafını daha sürətli və effektiv şəkildə dəstəkləsin?

    Cavabla
  2. Sənubər

    Uşaqların psixoloji inkişafı ilə maraqlanan biri olaraq, oyunun vacibliyi barədə daha çox məlumat əldə etmək çox faydalı oldu. Oyunun uşaqların sosial və emosional inkişafına təsirini daha dərindən araşdırmağa ehtiyac var. Məsələn, uşaqların oyunda dostluq, inam və təhlükəsizlik hisslərini necə inkişaf etdirdiyini göstərən əlavə nümunələr verilə bilərmi? Özümü sual verərək soruşuram: Uşaqların müəyyən yaş dövründə hansı oyunlar ən çox faydalıdır?

    Cavabla
  3. Aytac Pənahlı

    Tələbə olaraq uşaq inkişafı ilə bağlı dərslər alıram və burada bəhs olunan oyun növləri və onların inkişaf prosesinə təsiri mənim üçün yeni və faydalı məlumatlar təqdim etdi. Oyun vasitəsilə uşaqların problem həll etmə bacarığını necə inkişaf etdirə biləcəyimizi daha çox öyrənmək istəyərdim. Bununla bağlı xüsusi təlimlər və ya resurslar varmı?

    Cavabla
  4. Günel Musayeva

    Çox gözəl yazıdır, lakin uşaqların oyunu daha məhsuldar etmək üçün bəzi yönləndirici təkliflər verə bilərsinizmi? Məsələn, valideynlər uşaqları ilə oynarkən hansı oyunları seçməlidir? Əgər uşaqların inkişafında konkret bir məqsəd varsa, oyunun forması necə dəyişdirilməlidir? Üstəlik, yazıda bəhs edilən “təsəvvür edici oyunlar” xüsusilə maraqlı idi. Bəs bu cür oyunlar uşağın yaradıcılığını necə artırır?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir