Əlləriniz nişan üzüyünüzü göstərərkən və toy fotolarında diqqət obyekti olacaq.
Özəl gününüzün saflığı, gözəlliyi və təmizliyini ən yaxşı tamamlayan dırnaq boyasıdır.
Qırmızı Manikür
Toy gününüzdə qırmızı dırnaq boyası fikri hər kəsə xoş gəlməyə bilər amma qırmızı manikür
gəlini çox feminen göstərir. Ağ gəlinliyinizi qırmızı ilə uyğunlaşdırsaz, çox gözəl və diqqət çəkici
görünəcəksiniz. İlk rəqs sırasında, tort kəsimində hərkəsin gözü sizin əllərinizdə olacaq.
Klassik Fransız Manikürü
Fransız Manikürü həmişə dəbdə olan cərəyanlardan biridir. Toy gününüzdə fransız
manikürü zərifliyinizi ön plana çıxaracaq. Daha romantik görüntü üçün isə dırnaq uclarına
çiçək naxışları da əlavə edə bilərsiniz.
Pastel Çəhrayı Manikürü
Pastel tonları xüsusən də, açıq çəhrayı gəlinə ən çox yaraşan rənglərdən biridir.
Bu manikür sizə romantik bir görüntü verəcək.
Tərs Fransız Manikürü
Əgər son dəb görüntü istəyirsinizsə, Tərs Fransız Manikürü əsl sizə görədir.
Dırnaq dibinə metal rənglərindən də istifadə edə bilərsiniz. Bununla, qeyri-adi
və gözəl görüntü əldə edəcəksiniz.