ULVIYYE EFENDIYEVA

Özgüvən nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 1. 430

Özgüvən – insanın özünü sevməsi, dəyərləndirməsi, müsbət düşüncələr, duyğular nəticəsində özünü yaxşı hiss etməsidir. Özgüvən- cəsarətlilik,  ürəklilik kimi də qiymətləndirilir.

İnsanın özgüvəni Mənlik qavramı ilə əlaqəlidir:

1) Mənlik- kiməm

2) İdeal Mənlik- olmaq istədiyim Mən

3) Özünədəyər- kim olduğumla kim olmaq istəyirəm arasındakı fərq

Yazar Gael Lindenfieldə görə, özgüvən 2 hissəyə bölünür: daxili özgüvən, xarici özgüvən.

Daxili özgüvən- insanın özü ilə barışıq, özündən məmnun, düşüncələri,  duyğularıdır.

Xarici özgüvən- insanın ətrafdakılara özü ilə barışıq, özündən əmin olduğu davranışları  nümayiş etdirməsidir.

 

Uşaqlarda özgüvənin inkişaf mərhələləri:

1) Uşağın doğum anından- 1 yaşına qədər dövrü- “ təməl güvən duyğusu”

2) 2 yaş- çevrəsini kəşf etməsi

3) 3 yaş- “Mənlik” formalaşır

4) 3-6 yaş – öyrənmə- inkişaf dövrü

 

Özgüvəni qazanmağın yolları:

– Bacarıqlarınızı  kəşf edin

-Tək qalmağı öyrənin

– Müqayisə tələsinə düşməyin

– Özünüzü sevin

– Mükəmməl olmaq məcburiyyətində deyilsiniz

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir