Bir insanın özünü bəyənməsi və tərifləməsi eyni zamanda kritikal yanaşması çox normal bir haldır, taki bu başqalarını qıcıqlandırmır, elədirmi?
Bəs niyə qıcıqlandırır, əgər bu normaldırsa və təbii haldırsa?
Ancaq belə bir paradoks var ki, bir çoxları özlərini bəyənməyi nisbi münasibətdə daha kəskin olduğunu düşünürlər və müqayisə etməyə başlayırlar, bu zamansa qarşı tərəfin hissləri ya incilmiş, ən pis halda isə alçalmış olur. Məhs elə bu kiçik nüans bir-birinə bənzəyən iki xüxusiyyəti özgüvən və ya özündən razılılığı fərqləndirməyə kömək edir. Əslində özündən razı olmaq pis xüsusiyyət sayılmamalı və ya əksinə uğurları ilə, bəzən öz görünüşü ya hərəkətləri ilə övünərək razı qalmaq vacibdir eqomuz üçün, öz qarşımızdakı hesabatımız üçün. Amma bunu nə qədər dürüst edirik və nə qədər ədalətli ? – bax budur əsl məsələ.
Özgüvən illərlə, zamanla, təcrübə ilə çoxunda isə xarakterlə formalaşan bir xüsusiyyətdir. Buna bilik, savad, status, bacarıq və təbii ki, öz iç dünyası ilə hormoniyada olmaq da, əlavə olunur, yəni kompleks şəklində və sağlam bir fundament üzərində qurulur. Əks təqdirdə yuxarıda qeyd etdiyim kimi başqaları üzərindən empatiya hissi olmadan kobud, özündən razı insan abu havası yaranır. Bu iki xüsusiyyət insanın yerişindən, danışıq tərzinə, gülüşündən oturuş və bədən dili maneralarına, cəmiyyət və kollektivdəki mövqeyinə qədər hətta sosial şəbəkə hesablarının formatına qədər təsir edir. Hansı yaxşı və ya pis olduğunu seçməyə qaldıqda və ya özündə tərbiyə etməyə, azaldıb çoxaltmağa, hər ikisinin olması yaxşıdır, lakin normada yalnız özünüzü özünüzlə müqayisə etməklə, heç kəsin nə hisslərini, nə də görünüşü üzərindən əzərək yuxarı qalxmaq istəməməklə… Bax bu zaman yalnız sağlam eqo sahibi olaraq həm özünə güvənən, həm də razı insan olmaq mümkündür.
Phd. Dr. Aygün Şükürova