Elə insanlar var ki, televiziyada gördükləri və ya nağıl kitablarında oxuduqları qəhrəmanların görünüşlərinə malik olmaq üçün bıçağın altına girməyə qərar verirlər. Bu qeyri-adi insanlar haqqında topladığımız məlumatları təqdim edirik.
Braziliyalı bədheybet
41 yaşlı Riko Ledesma özünü sevdiyi “Üzüklərin Əfəndisi” filminin personajı olan bədheybətə oxşadıb. Onun dediklərinə görə, bu prosess ondan illərini alıb. Özünü eybəcər məxluqa çevirən bu kişi bədənində və üzündə etdiyi bu dəyişikliklərə külli miqdarda pul xərcləməkdədir. 25 yaşındakı həyat yoldaşı Krişna və balaca qızı ilə yaşayan Riko son bir ili yemək yeməkdə çətinlik çəkdiyini etiraf edib. Onun 550 dollarlıq saxta dişləri yaşam tərzini dəyişsə də, Riko sevdiyi bu obrazdan imtina edə bilmir. Qeyd edək ki, qorxunc döymələr Rikonun bədəninin yüzdə 85-ni əhatə edir.
Bu qeyri-adi insanın təqribən 35.000 “İnstagram” izləyicisi var. O, burada müntəzəm olaraq bənzərsiz görünüşünü və gündəlik həyatı ilə bağlı olan şəkillərini paylaşır.
Rikonun dediklərinə görə, o, 7 il əvvəl fərqli görünmək üçün dəyişməyə başladı. Onun yaratdığı bu obraz ailəsi və dostları tərəfindən çox sevildi. Qeyd edək ki, braziliyalı bedheybətin obrazı “Ağbəniz” və “Çağırılmamış qonaq” filminin prodüsserini çox maraqlandırıb. Tanınmış prodüsser Rikonu filmdə belə çəkilməyə dəvət edib. Həmin filmin çəkilişləri oktyabr ayında Barselona və Kanar adalarında baş tutacaq.
Hindistanlı Rapunzel
17 yaşlı Hindistan vətəndaşı Nilanşi Patel ən uzunsaçlı yeniyetmə kimi “Ginnesin Rekordlar Kitab”ına daxil olub.Gənc gözəl Hindistanın Gujarat şəhərində anadan olub və 6 yaşından bəri qıvrım olan saçlarını heç kəsməyib. Dəqiqliyi ilə desək, Nilanşinin rekordu 2018-ci ilin noyabrında qeydə alınıb. Onun saçlarının uzunluğu 190 santimetr təşkil edir.
Hindistanlı “Rapunzelə” bununla bağlı sertifikat təqdim ediblər.
Qızın dediyinə görə, saçını daramaq hər dəfə onun bir saatını alır. Nilanşi saçlarını həftədə bir dəfə yuyur.
Komikslərə bənzəyən qadın
30 yaşlı britaniyalı model Kelli uşaqlıq illərindən “Marvel” komikslərinə oxşamaq istəyib. Arzusunu reallaşdırmaq üçün o, 20 il ərzində taxdığı korseti çıxarmayıb. Cəmi 7 ildən sonra onun belində gözə çarpacaq dərəcədə incəlmələr gedib. Belinin ölçüsü 40-80 santimetrə qədər incəlib. Sağlamlığına ziyan olsa da, arzusunu reallaşdıran qadın bir fenomenə çevrilib.
Barbi kuklasının bənzəri
21 yaşlı bolqarıstanlı tələbə Andrea İvanova Barbi kuklasına bənzəmək üçün üz və bədəninin ayrı-ayrı hissələrində 15-dən çox prosedur həyata keçirib. Andreanın sözlərinə görə, o, uşaqlıqda Barbi kuklası kimi görünmək arzusunda olub.
Onun dəyişimi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Andreanı “Daffi Dak” animasiya personajına bənzədib. “Bu eybəcərləri yaradan həkimlər həbs olunmalıdır”, “Sən əvvəl elə gözəl qız idin. İndi şişirdilmiş kuklaya bənzəyirsən”, – kimi rəylər sosyal mediada yer alıb.
Andrea isə seçimindən razıdır və hesab edir ki, insanlar istədikləri kimi görünə bilər.
Super qəhrəman
Piksi Fox adlı bir qadın super qəhrəman Wonder Woman kimi görünməsini çox istəyirdi. Buna görə də komik kitab personajının görünüşünü almaq üçün saysız-hesabsız əməliyyatlar etdirdi. Dörd döş böyütməsi, iki dəfə liposaksiya, iki blefaroplastika, labiaplastika, göz rəngini dəyişdirən implantlar, qaş qaldırmaq, altı qabırğanı çıxarmaq da daxil olmaqla bir neçə ağrılı əməliyyat keçirən qadın hətta 2017-ci ildə çənəsini qırdıraraq yenidən düzlməsini istədi. O, bir gün özünün komik kitab seriyasında rol alacağını ümid edir.
Özünü Kenə bənzədən oğlan
Rodriqo Alves adlı oğlan özünü Ken kuklasına bənzədir. Buna görə o, çənə liposaksiyası, bədən şəkilləndirməsi və sinə əməliyyatına qədər etdirib. Bütun bunlara Rodriqo 200 min dollara qədər pul xərcləyib. Qeyd edək ki, 2014-ci ildə qollarına vurulmuş gel onun bədəninin zəhərlənməsinə səbəb oldu . Az qala qolunu itirmək təhlükəsini yaşayan Rodriqo bir neçə müddət müalicə almaq məcburiyyətində qaldı. Lakin bu bədbəxt hadisədə onun daha çox əməliyyat etməsinə mane olmadı.
Qırmızı kəllə
“Qırmızı Kəllə” kimi tanınan Henri Damon 29 yanvar 2015-ci ildə Karakasda “Expo Tatoo Venezuela” tədbirindən sonra bütün dünyada məşhur oldu.
Sən demə bu qeyri-adi görünüşə malik olan Henri Damon özünü Amerikanın düşməni, olan Red Skull adlı caniyə bənzətmək üçün bir neçə əməliyyatlar keçirib.
Venesuela vətəndaşı alnına dermal implantlar qoyub, gözlərini qara çuxur kimi göstərmək üçün içinə döymə etdirib və ən əsası iki şaquli burun deşiyinə sahib olmaq üçün burnunun alt hissəsini kəsdirib. Alnına və üzünə qızmızı rəngdə döymələr vurduran Henri Damon “Qırmızı kəllə” ləqəbi ilə tatınmaqdadır.
Anime qız
Sinqapurlu bir qadın Yapon cizgi filmlərindəki anime qızlarının görünüşünü o qədər çox sevirdi ki, bunun üçün 10 əməliyyat keçirdi. Jacquelin Koh bu əməliyyatlara təxminən 135 min dollar xərcləyib. Daha kiçik çənə, balaca qulaqlar, böyük gözlərə və incə bədənə sahib olmaq üçün dərinin çəkilməsi ilə bərabər , döş implantları, göz qapaqları əməliyyatı, bir neçə burun əməliyyatı etdirib. Hal-hazırda botoks və digər dolğular vasitəsi ilə görünüşünü davamlı olaraq formada saxlayan Jacquelin “ Anime qız” kimi dünyada tanınmaqdadır.
Elfə bənzəyən oğlan
Luis Padron adlı oğlan özünə qurduğu xəyali dünyada yaşamaqdadır. Özünü elfə bənzədən bu oğlan bir çox əməliyyatlar etdirib. Bu əməliyyatlara o, 35 min dollar xərcləyib.. Onun etdiyi dəyişimlər arasında burun, qulaq əməliyyatı, bədən liposaksiyası göz rəngini dəyişdirmək üçün prosedurlar da daxildir. Saçını və dərisini ağardan Luis görünüşünü qoruyub saxlamaq üçün ayda minlərlə dollar xərcləyir.