Bir ailədə, qrupda bir çərçivədə yaşamaq, bizim həyatda qalmağımıza və adaptasiya olmağımıza böyük təkan verir. Daxil olduğumuz qrupa uyğunlaşmağımız üçün bəzən özümüzdən uzaqlaşa bilirik və daxil olduğumuz qrupa görə öz xarakterimizi dəyişmək məcburiyyətində hiss edirik, özümüzü.
Demək olar, hər kəsin qayğıları, qorxuları vardır. Hər birimiz sevilmək və dəstəklənmək istəyirik. Lakin öz düşüncələrimizdən əmin olmasaq, asanlıqla başqalarının təsiri altında ola, onların təsiri ilə fikirlərimiz dəyişə, getdikcə o qrupda yox ola bilərik. Daxil olduğunuz qruplara uyğun fərqli görsənməyə çalışsanız, güvənilməz insansız, tipini yaradacaqsınız. Belə birinə, biz özümüz güvənərikmi?
Fərqli fikirlərə sahib olmağınız, sizi başqaları tərəfindən rədd edilmək hissini yarada bilər, hətta sevilməyəcəyiniz fikrini yarada bilər, lakin fərqli və bacarıqlı insanlar, təklənməzlər, onlar daima mövqe tutarlar. İncə düşüncəli, diqqətcil və hörmət edən bir şəxs olsanız, insanları sizi rahatlıqla qəbul edərlər. Düşüncədə fərqli olarsanız isə fərqli insanlar tərəfindən diqqət görəcəksiniz.
Əgər düşüncələrinizdən əmin deyilsinizsə, və hələ də özünüzdən əmin deyilsinizsə, münasibət də olduğunuz insanla aranızda güvən problemi yaşayacaqsınız.
Əmin olduğunuz fikirləriniz, gerçək kimliyiniz varsa, bunun arxasında durun və digər insanları qırmamaq üçün fikirlərinizi ifadə etməkdən çəkinməyin.
Psixoloq Zümrüd Haqverdiyeva