Özümüz özümüzü necə qocaldırıq?

Baxış sayı: 1. 588

Hər kəs cavanlığa və gözəlliyə xidmət edən faydalı vərdişlərə yiyələnmək istəyir, lakin reallıq başqadır. Cavanlaşmaq əvəzinə biz özümüz özümüzü qocalığa və xəstəliyə yuvarlayırıq.

Yuxusuz qalmaq

Hər gün gecə saatlarına qədər işləmək, səhər isə yenidən oyanıb işə getmək bu günün acı reallığıdır. Pul qazanmağa çalışırıq, lakin sağlamlığımızı xərcləyirik. İşdən qayıtdıqdan sonra yenidən sevimli işlərimizlə məşğul olur və ya başqa cürə vaxtımızı keçiririk. Nəticə olaraq əksər insan gecə saat 12-dən tez yata bilmir.

Nəticə olaraq gözün altında qaralma, torbalanma olur. İnsanın xəstə siması olur. Bu səbəbdən də günü elə planlamaq lazımdır ki, yuxu normada olsun.

Kosmetikaya qənaət

Bəzən ucuz qiymətə aldığımız kosmetik vasitələr də dərimizə ziyan vuraraq bizi qocaldır. Kosmetika elə də vacib bir şey deyil. Ancaq mütləq istifadə etməlisinizsə, heç olmasa, yaxşılarını seçin. Pulun xatirinə sağlamlığınızı xərcləməyin.

Şirniyyat sevgisi

Şokolad, dadlı şirniyyatlar, torlar, şirin içkilər qarşısında heç bir qadın tab gətirə bilmir. Şəkər heç kimin imtina edə bilməyəcəyi daddır. Ancaq ziyanlı tərəflərini görməzdən gəlirik. Qlyukoza tək bədən ölçülərinə deyil, üz dərisinə də mənfi təsir göstərir.

Üzə toxunmaq vərdişi

Demək olar ki, hər kəsdə olan bu vərdiş də üzümüzü qocaldır. Mümkün qədər bu vərdişdən imtina etmək lazımdır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir