kitab-oxumaq-stressi-azaldc4b1r

Özünüzlə keyfiyyətli vaxt keçirməyin 7 üsulu

Baxış sayı: 921

Stresdən bir az uzaqlaşmaq, vaxtınızı həqiqətən etmək istədiyiniz şeylərə ayırmaq, eyni zamanda da ruhunuza və zehninizə də istirahət vermək istəyirsinizsə, aşağıda sadalayacağımız şeylər sizə kömək ola bilər.

 

Doydurucu və dadlı səhər yeməyi

Səhər yeməyi gününən önəmli qidasını təşkil edir. Eyni zamanda da günə xoş bir səhər yeməyi ilə başlamaq, əyləncəli bir günün bir parçasına çevriləcək. Gündəlik olaraq, işə/dərsə tələsdiyimiz üçün çox zaman səhər yeməyini yemirik, amma vaxtınız olduğu bu günlərdə, özünüzə ləzzətli səhər yeməyi hazırlaya bilərsiniz.

 

Keyfiyyətli “mən” vaxtı: Texnologiya detoksu

Gündəm, işlər, çox zaman da vərdişlərimiz səbəbi ilə texnologiya və sosial media həyatımızın mərkəzində yerləşib. Biz fərqinə olmasaq belə, texnologiya bizim yorulmağımıza və bu yorğunluğun isə davamlı olmasına gətirib çıxarır. Özünüzə dəyər vermək adına, texnologiyaya bir az ara verib, keyfiyyətli vaxt keçirə bilərsiniz.

 

Özünüzə baxım göstərin.

Dərinizə və görünüşünüzə göstərəcəyiniz qayğı və təmizlik özünüzlə keyfiyyətli vaxt keçirmək üçün əla fürsətdir.

Yaşılın sağaldıcı gücü: bitkilərinizə vaxt ayırın.

Havanın isti keçdiyi bu günlərdə, evinizdəki bitkilərlə də maraqlanmaq lap yerinə düşərdi. Bitkilərinizin quruyan yarpaqlarını yığa bilər, dibçəklərini dəyişdirə və ya yeni çiçəklər əkə bilərsiniz.

 

Hobbilər

Yaradıcılığınızı bəsləmək üçün özünüzə bir hobbi seçə və ya seçdiyiniz bir hobbiyə vaxt ayıra bilərsiniz. Hələ də bir hobbiniz yoxdursa, foto çəkmək, rəsm boyamaq, yeni bir dil və ya musiqi aləti çalmağı öyrənməyi sınaya bilərsiniz.

 

Bir az kitab, bir az musiqi…

Ekran işıqlarından uzaq durmaq üçün kitab oxumaq ən yaxşı seçimdir. Günün son saatlarında musiqi sədaları altında oxuyacağınız kitab isə sizi rahat bir yuxuya hazırlayır. Gün ərzində xoş qoxulu və gücləndirici çaylar ilə birlikdə kitabınızı oxuya bilərsiniz.

 

İlıq bir duş, meditasiya və yuxu

Gün ərzində məruz qaldığımız xarici təsirlərdən qurtulmaq üçün, ruhumuzu, bədənimizi və zehnimizi yeniləyib, təmizləməliyik. Bunu etmək isə çox sadədir, ilıq duş alıb rahatladıqdan sonra, meditasiya ilə özünüzə dönərək zehninizi də rahatlada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir