test

Özünüzü nə dərəcədə təhlükəsiz hiss edirsiniz? – TEST

Baxış sayı: 1. 373

Təəssüf ki, həyat hər zaman təhlükə və bədbəxt hadisələrlə dolu olur. Təbii ki, bütün bunlardan heç kim sığortalanmayıb. Nədənsə ehtiyat etməyən, heç nədən qorxmayan insana rast gəlmək çox çətindir. Odur ki, bu, anlaşılandır, kiməsə, nəyəsə arxalanmalısan. Kimisi özünə, kimisə doğmalarına, kimisi dostuna, yaxud sevgilisinə, kimisi də ümumi ictimai asayişi qoruyanlara – polislərə arxalanır. Bəs siz kimə, yaxud nəyə güvənir və özünüzü nə dərəcədə təhlükəsiz hiss edirsiniz? Sizə təqdim etdiyimiz test vasitəsi ilə bunu müəyyənləşdirməyə çalışın.

 

Hiss edirsinizmi ki, son vaxtlar xəbər proqramlarını daha diqqətlə izləməyə başlamısınız?

A)Bəli xəbərə xüsusi maraq göstərməyə başlamışam – 3

B)Xeyr – 1

C)Əvvəlkinə baxmış, xəbər proqramlarına nisbətən artıq vaxt ayırıram – 2

 

Yaşadığınız şəhərdən harasa uzunmüddətli getdikdə mənzilinizin təhlükəsizliyinə nə dərəcədə arxayınsınız?

A)Dəmir qapıya və pəncərələrdəki barmaqlıqlara ümid edirəm -3

B)Hüquq-mühafizə orqanlarının işçilərinin işinin öhdəsindən gələcəyini düşünərək rahat oluram – 1

C)Qonşuların və tanışlarımın ayıq-sayıq olmalarını güman edirəm – 2

 

Gecə hardansa evə qayıdanda siz sakit, qaranlıq küçə ilə gedərkən:

A)Həyəcan hiss edirsiniz -2

B)Heç bir təhlükə hiss etmirsiniz – 1

C)Gecə vaxtı küçədə olmamağa çalışıram – 3

 

Sizin fikirinizcə, maşınınız üçün ən təhlükəli yer haradır?

A)Gözətçi tərəfindən qorunan ümumi maşın dayanacağı – 1

B)Düz eyvanınızın altındakı yer (xüsusən də maşınımnızdakı ən son texnologiyalı siqnalizasiya quraşdırılıbsa) – 2

C)Təəssüf ki, indi belə yerlər qalmayıb – 3

 

Əgər qəfildən kimsə həyatınıza təhlükə törədərək sizə hədə-qorxu gələrsə, ilk öncə hara müraciət edərsiniz?

A)Hansısa özəl bir mühafizə agentliyinə -2

B)Sahə müvəkkilinə – 1

C)Cavab verməkdə çətinlik çəkirəm – 3

 

Küçənin ortasında sahibsiz çanta görsəniz, necə hərəkət edərsiniz?

A)Sakitcə yanından ötüb-keçərdiniz -1

B)Bu sizi narahat edərdi, ancaq heç bir qərar qəbul etməzdiniz -2

C)Dərhal polisə məlumat verərdiniz – 3

 

Nə vaxtsa soyğunçu və ya quldurla ünsiyyətdə olmusunuzmu?

A)Ağlıma belə gəlməz – 1

B)Bəli, bir iş vardı -3

C)Xeyr. Amma buna müəyyən marağım var -2

 

Son 2-3 ildə müxtəliftəyinatlı dələduzların, xüsusən də maliyyə dələduzlarının qurbanı olmusunuzmu?

A)Xeyr – 1

B)Belə bir şey baş verə bilərdi, amma mənim ehtiyatlı olmağım bundan qaçmağa yardım etdi -2

C)Bəli – 3

 

Sahə müvəkkilinizi üzdən tanıyırsınızmı?

A)Xeyr – 3

B)Adını eşitmişəm, amma üzünü görməmişəm – 2

C)Bəli, tanıyıram – 1

 

Sitatlardan sizin üçün daha aktual olanını seçin:

A)Qanunlar hörümçək toruna bənzəyir, nəhəng milçəklər ondan sivişib keçə bilərlər, balacalar isə ilişib qalırlar – 2

B)Qanunlar ən azından ona görə vacibdir ki, bir qismi həyatımızı asanlaşdırır – 1

C)Kişilik olmayan yerdə və onu qorumaqçün üsulların mövcud olmadığı şəraitdə qanunlar əbəs yerə mövcuddur – 3

 

Siz vətəndaşlara odlu silah əldə etmək və onu saxlamağa imkan yaradan qanuna necə baxırsınız?

A)Məncə, artıq belə bir qanunun qəbulu üçün vaxt yetişib – 3

B)Mənim üçün fərqi yoxdur. Onsuz da bunu əldə etmək istəyən necə olsa, buna nail olacaq – 2

C)Belə bir qanunu dəstəkləmirəm -1

 

Balları toplayıb nəticə çıxarın:

12-19 bal – Çox güman ki, siz özünüzü tam müdafiə olunan insan kimi hiss edirsiniz. Çünki ilk növbədə, siz özünüzü istənilən vəziyyətdə müdafiə etmək iqtidarındasınız. İkincisi də,lazım gələn təqdirdə hüquq-mühafizə orqanlarına tam mənada etibar etməyə hazırsınız.

20-28 bal – Siz bir çox hallarda özünüzdən çox doğmalarınıza görə narahat olmaq məcburiyyətində qala bilərsiniz. Əlbəttə ki, sizə 102 nömrəsi yaxşı məlumdur. Lakin nədənsə həərdən bu xidmətin etibarlı və operativ işləyib-işləməməsi ilə bağlı fikirlərə də dalırsınız. Güman ki, uşaqlıqdan belə bir dərs götürmüsünüz: Batan insanın xilası elə batan insanın öz əlindədir.

29-36 bal – Belə aydın olur ki, siz özünüzü elə də müdafiə olunmuş hesab etmirsiniz. Hər dəfə kriminal xronikaları izləyəndə isə tez-tez özünüzüə klassik bir sual verirsiniz: “Kimdir müqəssir, nə etməli?” İstənilən psixoloq sizə belə bir cavabı verəcək. “Sadəcə öz həyatınızı yaşayın, narahat olmayın, pozitiv düşünün” Yaxud da Aristotelin belə bir kəlamını parofraz edərək söyləyəcək: “Əgər insan heç nədən qorxmursa, çox güman ki, ya dəliqanlı və cinlidir, ya da çarəsiz bir axmaqdır”. Hər nə də olsa, hər şeyi birdən-birə ürəyinizə yaxın buraxmayın. Məşhur bir mahnının sözlərində deyildiyi kimi: Don’t worry, happy!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir