Özünüzü uşaqla oynamağa məcbur etməyin – Valideynlərə xəbərdarlıq

Baxış sayı: 1. 376

Məktəb yaşına qədər uşaqların fiziki və zehni inkişafının əsas vasitəsi oyundur.

Əsas məsələ uşaqla nə qədər oyun oynadığınız deyil, necə və hansı oyunları oynadığınızdır.

Yəni əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Özünüzü övladınızla oynamağa məcbur etməyin. O, canınızın sıxıldığını bilir və hiss edir. Oyun zamanı sizin özünüzə də maraqlı olan məşğuliyyətləri seçməyə çalışın.

Birlikdə olan oyunlardan əlavə, uşaq özü də sərbəst şəkildə başını qatmalı və oynamalıdır. “Özüm edirəm”, “özüm kəşf edirəm” bir müddət sonra “özüm düşünürəm”-ə keçir. Siz uşağın əvəzinə onun fikir istiqamətini qurub, təyin edə bilməyəcəyinizə görə, yalnız “biz birlikdə” deyil, eyni zamanda “mən özüm” də olmalıdır.

Gələcəkdə anadan daimi asılılığın olmaması, “görəsən nə ilə məşğul olum, nə edim?” kimi sualların qarşısında aciz qalmaması üçün əvvəlcədən uşağı öz məşğuliyyətlərində (tək buraxmaq yox!) azad buraxmaq lazımdır. Mühüm olan uşağın özünün sərbəst oynaması üçün müəyyən vaxtdan sonra ehtiyatla oyundan uzaqlaşmağı bacarmaqdır.

Bundan əlavə, uşağın gördüyü işlərlə əlaqədar valideynin tez-tez “biz” deməsi məqsədəuyğun deyil: “Biz bağçaya getdik”, “biz 2-ci sinifə keçdik”, “biz bu il məktəbə getməyə hazırlaşırıq”, “biz ail məktəbə daxil olduq” və s. Burada vacib olan əsas məsələ uşağın harada “ana ilə”, harada “mən özüm” olduğunu ayırd edə bilməsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir