Xiyar, limon və nanə detoksu:
300 ml su, 1 ədəd xiyar, 1 ədəd limon və 10 ədəd nanə yarpağı.
Xiyarları və limonu kup formasında kəsin. Nanə yarpağını qarışığa əlavə edin. 1 gecə saxlayın. Səhəri gün bu qarışığı için. Limon və limonları yeyə də bilərsiniz.
Moruq, alma və xiyar detoksu:
Tərkibi: 1 qrafin su, 100 qram moruq, 1 ədəd alma, 1 ədəd xiyar və 1 ədəd limon
Alma və xiyarları doğrayın qrafinə əlavə edin. Üzərinə moruq və limon dilimlərini də tökün. 3 saat saxladıqdan sonra içə bilərsiniz. Gün boyunca susadığınız zaman bu içkini içə bilərsiniz.
Avokado, xiyar, ispanaq və nanə detoksu
Tərkibi: 1 su stəkanı su, 1 ədəd xiyar, 1 ədəd avokado, 4 yarpaq ispanaq, 5 yarpaq nanə.
Bütün göyərtiləri blenderdən keçirin. Suyu blenderin içinə əlavə edin və təkrar qarışdırın. Üzərinə parçalanmış qoz və ya badam səpin. Zövqünüzə görə bir çay qaşığı zeytun yağı da üzərinə əlavə edə bilərsiniz.
Greyfurt, laym və limon detoksu
Tərkibi: 1 ədəd greyfrut, 1ədəd lime, 1 limon və 1 qrafin su
Greyfrut, laym və limonları dilimləyin və suyun üzərinə əlavə edin. Zövqünüzə uyğun olaraq nanə yarpaqları da əlavə edə bilərsiniz. 3 saat saxladıqdan sonra içə bilərsiniz.
Nar, ananas, limon və zəncəfil detoksu
Tərkibi: yarım limon, 1 ədəd nar, 1 stəkan ananas, 300ml su, 1 çay qaşığı zəncəfil
Limonu suyun üzərinə sıxın. Üzərinə narı əlavə edin. Bir stəkan blenderdən keçirdiyiniz ananası əlavə edin. Son olaraq zəncəfili əlavə edib hamısını blenderdən keçirin. 2 saat saxladıqdan sonra içə bilərsiniz.
İspanaq, nanə, limon, xiyar və cəfəri detoksu
Tərkibi: 3 stəkan ispanaq yarpağı, 1 ədəd xiyar, yarım limon, 5 yarpaq nanə, yarım su stəkanı cəfəri, 1 qrafin su
İspanaq, xiyar, nanə və cəfərini blenderdən keçirin. 1 qrafin su ilə qarışdırıb təkrar blenderdə qarışdırın. Son olaraq limonu dilimləyib suya əlavə edin. 3 saat saxladıqdan sonra gün ərzində için.
Laym, limon, nar, nanə detoksu
Tərkibi: 1 ədəd laym, 1 ədəd limon, 3 ədəd nar, 5 ədəd nanə yarpağı
İlk öncə narın suyunu çıxarın. Bir qrafin suya nar suyunu əlavə edin. Üzərinə dilimlədiyiniz laym və limonu da əlavə edin. Ən son nanə ilə birlikdə qarışdırın. Təqribən 5 saat soyuducuda saxlayın və gün ərzində için. (Foxy.az)