Koronavirus

Pəhriz bu şəxsləri öldürə bilər

Baxış sayı: 1. 014

Koronavirusa yoluxduqdan və sağaldıqdan sonra pəhriz saxlamaq ölümcül nəticə verə bilər. Bu barədə rusiyalı dietoloq Aleksey Kovalkov yutub kanalında danışıb.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, həkim bu şəxslərdə ola biləcək dəyişikliklərdən söz açıb.

“Daxili orqanlardakı zədələr səbəbi ilə diqqətli olmaq lazımdır. Sadə pəhrizlər onlara uyğun gəlmir, oruc və keto pəhriz də qətiyyən uyğun deyil, çünki dəhşətli fəsadlar ola bilər”, – mütəxəssis deyib.

Onun sözlərinə görə, insanlar COVID-19-dan sonra arıqladıqda böyrəklərdə və qaraciyərdə mikrotromlar riski olduğundan bədənin hər hansı dəyişikliyini izləmək lazımdır. Həkim kilo verərkən bu orqanlarda böyük yük yarandığını bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir