Qış dəri üçün təhlükəli fəsil hesab edilir. Özünəməxsus sərtliyi ilə seçilən bu fəsil soyuq, küləkli və rütubətli havası ilə dəriyə mənfi təsir edir. Xüsusi ilə Covid-19 pandemiyası dövründə, riayət etməli olduğumuz gigiyenik qaydalar, istifadə edilən dezinfeksiyaedici məhlullar, uzun müddət dəyişdirilməyən maskalar dəri sağlığımızı təhlükə altına atır.
Beləliklə, xarici KİV-nə istinadən, pandemiya dövründə dəriyə düzgün qulluq qaydalarını təqdim edirik:
– Əllərinizi ilıq su ilə yuyun.
– Əllərinizi yuduqdan sonra onları vazelin və ya vitamin baryer kremləri ilə nəmləndirin.
– Ev şəraitində dezinfeksiyaedici məhlullardan lazım olan zaman istifadə edin.
– Ev işləri görərkən mütləq qoruyucu pambıq əlcəklər geyinin.
– Yuyucu vasitələrə qoruyucu əlcək geyinmədən toxunmayın.
– Stressdən çəkinin.
– Sağlam pəhrizə diqqət yetirin: “Fast-food” yeməklərinə üstünlük verməyin.
– Çay və kofeni nadir hallarda için.
– Maskanızı hər 3 saatda bir dəyişdirin, hər gün parça maskanızı yuyun.
– Alkoqol tərkibli toniklərdən və odekolonlardan istifadə etməyin.