Pandemiyadan əvvəl təxminən 5 milyon amerikalı evdən işləyirdi. COVID-19 isə ABŞ-da işə götürənləri insanlara kütləvi şəkildə evdən işləməyə icazə verməyə vadar etdi və nəticədə son bir ildə 75 milyona yaxın insan uzaqdan işlədi.
Bəzi ekspertər deyir ki, həm işçilər həm də işə götürənlər uzaqdan işləməyin effektiv olduğunu öyrəndikləri üçün əvvəlki iş qaydasına geri dönmək olmayacaq.
“Pandemiya bizim uzaqdan işləmək və ya evdən işləməklə bağlı təsəvvürümüzü kəskin şəkildə dəyişdirib,” Rensselaer Politexnik İnstitutunun menecment üzrə professoru Timoti Qolden bildirir. “Bu, zehniyyəti dəyişdi. Bu, işin harada görülməli olduğuna dair mədəni və sosial normaları dəyişdi. Bir çox fərd və şirkət bizim ofisdən uzaqda da səmərəli şəkildə işləyə bildiyimizi dərk etdi. Ona görə də düşünürəm ki, uzaqdan işləmək bundan sonra da mümkün olacaq,” o deyir.
Şirkətlər pandemiyadan sonra işçi qüvvəsinin necə işləyəcəyini müəyyən etməyə çalışırar. Buna hibrid model daxildir ki, bəzi işçilər əksər zamanlarda ofisdən işləyəcəklər, bəziləri əsasən evdən, digərləri isə həm ofisdən həm də evdən işləyəcəklər.
“Biz daha çox insanın daha uzun müddət evdən işləmələrinə imkan verəcəyik” Florida Beynəlxalq Universitetinin Biznes Kollecinin Qlobal Liderlik və Menecment fakültəsinin sədri Ravi Qacendran bildirir.
“Daha sonra onlar bu düzəlişin də işləmədiyini görəcəklər və daha çox ofisə doğru yönələcəklər. Bu əvvəli kimi olmayacaq, amma biz görəcəyik ki, yeni işçilər gəldiyində, yeni komandalar formalaşdığında və daha əvvəl birlikdə işləməyən insanlar uzaqdan işləməyə başladıqda, hər şey o qədər də asan olmayacaq.”
Qolden artıq şikərtlərin uzaqdan işləmək fikrinə adaptasiya etdiklərinə dair işarələrin olduğunu görüb. Belə ki, onlar “baş uzaqdan işləmək direktoru” vəzifəsini yaratmağı nəzərdən keçirirlər.
“Uzaqdan işləməklə bağlı müzakirələrə baxanda bunun pandemiyadan öncə bəlkə də mövcud olmadığını görürük. İndi isə məncə bu hər bir CEO-nun ağlındadır,” Qacendran deyr.
“Biz daha öncə işçilərin əhəmiyyətli bir hissəsinin evdən işlədiyi eksperiment keçirmək istəməzdik, çünki bunu sınaqdan keçirməyin riski çox yüksək olardı. Amma indi ki, biz buna məcbur olduq, işə götürənlər işçilərin böyük hissəsinin təşkilata əhəmiyyətli itkilərə səbəb olmamadan uzqdan işləyə biləcəklərini aşkar etdilər.”
Daha öncəki araşdırmalar göstərir ki, işçilər evdən işləməyə başladıqları zaman onların səmərələliyi sabit qalır və ya hətta yüksəlir.
“Biz bilirik ki, bir çox işçilər pandemiya zamanı çox məhsuldar olublar və işlərini pandemiyadan öncəki məhsuldarlıq səviyyəsində yerinə yetiriblər,” Qolden deyir.
Bu səbəblə də Facebook, Twitter, Ford Motor Company və Citigroup kimi böyük şirkətlər bundan sonra daha çox insanın uzaqdan işləməsinə imkan verməyi planlaşdırdıqlarını bildirib. Evdən işləmək imkanlarını artırmayan işə götürənlər isə işçi qüvvəsini itirmək riski ilə üzləşir.
Biz müxətlif sektorlarda bir çox böyük şirkətin gələcəkdə işçi qüvvəsinin hibrid olacağına dair bəyanatlarını görmüşük. Bəzi işçilər daimi olaraq uzaqdan işləyəcək, digərləri isə hibrid formada. Bunu doğru şəkildə edən şirkətlər, etməyən şirkətlər üzərində rəqabət üstünlüyünə sahib olacaqlar,” Qolden deyir.
Uzaqdan işləmək hallarının artması ilə işçilər iş yerlərinə yaxın yerdə yaşamalağa məcbur olmayacalqar. Bunun həm də işə götürənlərə faydası ola bilər, çünki onlar yerli işçi qüvvəsi ilə məhdudlaşmayacaqlar. Bununla həmçinin daha çox iş yerləri yaşayışın ucuz olduğu yerlərə, və hətta xarici ölkələrə köçürülə bilər.
“Onlar Asiya, Afrika və ya Cənubi Amerikaya gedə bilər. Şirkətlər uzaqdan idarə oluna biləcək iş yerlərini müəyyən edəndən sonra, onların instinkti xərclərini azaltmaq olacaq. Bu da əmək bazarlarında daha çox qeyri-sabitlik yarada bilər.”
Daha çox insanın uzaqdan işləməsinə imkan verməyin həm də daşınmaz əmlak bazarına təsiri olacaq.
“Şirkətlər ofisi yenidən nəzərdən keçirirlər və özlərinə ‘Ofisin məqsədi nədir?Biz nə üçün işçiləri hər gün bir araya toplayırıq?’ sualını verirlər. Ofisin məqsədinin nəzərdən keçirilməsinin ofis məkanı baxımından təsirləri var,” Qolden deyir.