moda

Pandemiyadan sonra moda sənayesini hansı QLOBAL DƏYİŞİKLİKLƏR gözləyir?

Baxış sayı: 931

Koronavirus pandemiyasından sonra moda sənayesini qlobal dəyişikliklər gözləyir. Kütləvi və lüks seqmentləri böhranlar gözləyir. Buna səbəb özünütəcrid müddətində insanların yeni geyim almağa ehtiyac duymamasıdır.

“Gencaile.az” “Publika.az”-a  istinadən xəbər verir ki, “GQ Magazine”in baş redaktoru İqor Qarani moda sənayesinin ciddi şok keçirdiyini və yavaşlama mərhələsində olduğunu açıqlayıb. Onun sözlərinə görə, optimist düşünsək, bərpa dövrü 2-3 ilə qədər çəkə bilər. Bununla birlikdə, bir çox mütəxəssis lüks seqmentdəki tələbatın tez bir zamanda bərpa olunacağına inanır.

“Dəbdəbəli məhsullar alan insanların bu böhrandan təsirlənmə ehtimalı azdır”, – deyə “Robb Report” jurnalının moda direktoru Corc Kostava qeyd edib. Onun sözlərinə görə, əvvəlki böhranlarda pərakəndə satış sürətlə bərpa olunub.

Bəzi ekspertlər hesab edirlər ki, artıq böyük itkilər verən kütləvi moda üçün çıxış yolu iri onlayn pərakəndə satış obyektlərinin kiçik yerli markalara və yerli istehsallara müraciəti ola bilər. Eyni zamanda, başqaları bunun ənənəvi olaraq Avropa və ABŞ üçün geyim istehsalı ilə məşğul olan üçüncü dünya ölkələrinin əhalisinə mənfi təsir göstərəcəyinə inanır.

Bundan əlavə, dəyişikliklər markanın təqdimat sisteminə də təsir edəcək. Beləliklə, böyük moda evləri moda şoularını və onda iştirak etmək imkanlarını yenidən nəzərdən keçirməyə başlayıb. “Düşünürəm ki, kolleksiyaların sənayedə təqdim olunma tərzi dəyişəcək – ildə iki dəfə kişi, ildə iki dəfə qadın geyimlərinin dəfilələri təşkil olunacaq” – Kostava hesab edir. Onun sözlərinə görə, bir çox şoular ildə bir neçə dəfə onlayn formata keçə bilər.

May ayının əvvəllərində isə moda konsaltinq şirkətinin baş direktoru Anna Lebsak-Kleimans Rusiyada geyim və ayaqqabı mağazalarının yarısının koronavirus pandemiyası fonunda bağlanacağını bildirib. Ekspertin fikrincə, epidemioloji vəziyyətlə əlaqəli gəlirlərin azalması bu mallara tələbatın azalmasına səbəb olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir