onalyn ders

Pandemiyanın fəsadı: uşaqlarının sosial qabiliyyət və münasibət ehtiyacını necə ödənməlidir?

Baxış sayı: 761

Qlobal böhran bir çox sahələrdə problemlər yaratmaqda davam edir. Bu hadisələrin fonunda narahatedici məqamlardan biri də məlum vəziyyətlə bağlı təhsil sahəsində yaşanan çətinliklərdir. Artıq bir ildən çoxdur ki, dəsrlər online qaydada aparılır. Məktəblər şagird səsinə həsrət qalıb. Boş sinif otaqlarında səssizlik hökm sürür. Müəllimlər, şagirdlər əyani dərslər, sinifdəki canlı ünsiyyət, aktiv müzakirələr və s. üçün darıxıblar. Hamı yenidən öz təhsil müəssisəsinə dönəcəyi günləri gözləyir.

Nəzərə alaq ki, uşaqların ən çox sosiallaşdığı, cəmiyyətə atıldığı yer məktəbdir. Buna görə də, məktəb yaşlı uşaqları olan valideynlər çox narahatdırlar.

Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa bir-birimizlə canlı ünsiyyət qurmaqdan ehtiyat edəcək, həyat dolu günlərimizdən uzaq düşəcəyik. Artıq bir ildir ki, insanın insandan qaçdığı bir dövrü yaşamaqdayıq. Bu dövr böyüklərdən daha çox uşaqlara mənfi təsir göstərir.

Gələcəkdə uşaqlarda hansı problemlər yarana bilər? Valideynlər uşaqlarının sosial qabiliyyət və münasibət ehtiyacını necə ödəməlidir?

Psixoloq Fuad Əsədov bildirir ki, canlı dərslərin effektivliyinin daha yaxşı olduğunu düşünürəm.

Fuad Əsədov

“Əlbəttə ki, canlı dərslər online dərslərdən həmişə daha yaxşıdır. Amma hazırkı vəziyyətlə əlaqəli olaraq uşaqları da riskə ata bilmərik. Ona görə hazırda ən əlverişli üsullardan biri də online təhsildir. Sadəcə, burada bir məsələ var. Online təhsil yeni orta çıxmış bir şey deyil. İllərdir dünya təhsil praktikasında olan sistemdir. İnsanlar öz ölkələrində oturaraq başqa ölkələrin prestijli universitetlərindən dərslər ala bilir, onların diplomunu qazana bilirlər. Burada sual budur ki, biz online təhsilə hazırıqmı? Online dərs keçən müəllimlərin həmin proqramlardan nə qədər başı çıxır? Həmin proqramları nə qədər yaxşı istifadə edə bilirlər? Uşaqların hər birinin lazımı elektron cihazları varmı? Buna sərf ediləcək maddi resursları varmı? Bunlara diqqət edildiyi halda çox ciddi problemlərin çıxmayacağını düşünürəm. İşin tək tərəfi bu deyil. Valideynlərin üzərinə də ikiqat məsuliyyət düşür. Çünki müəllim online şəkildə dərsi izah etdikdən sonra valideynlər də uşağın təhsilinə diqqət ayırmalıdırlar. Uşağın həmin mövzunu mənimsəməsinə, tapşırıqları edib-etməməsinə, dərsə qarşı məlumiyyətinə nəzarət etməlidirlər”.

Psixoloq onu da vurğuladı ki, uşaqların sosial qabiliyyət və münasibət ehtiyacını evdə valideynləri də qarşılaya bilər.

“Məsələn, uşaqla oynayaraq, vaxt keçirdərək, dostlaşaraq və s. Uşaqları ilə yaxın olmaq üçün bu valideynlərə yaxşı fürsətdir. Eyni zamanda ehtiyat tədbirlərini güdmək şərti ilə məhdud sayda da olsa, uşaqların dostları ilə görüşlərini təmin etmək olar”.

 

Leyla Mirzə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir