Pandora

“Pandora qutusu”nun BÖYÜK SİRRİ qadınları necə ələ aldı?

Baxış sayı: 612

“Pandora” bütün qitələrdə – Amerika və Avropadan Avstraliyaya qədər tanınan ən uğurlu zərgərlik brendlərindən biridir. 6 qitənin 70-dən çox ölkəsində təmsil olunan brend artıq 30 ildir ki, sayı hər gün artan pərəstişkarlarının daimi sevgisini qazanmağı bacarıb. Bəs şirkətin sirri nədir və zinət əşyalarını bu qədər arzuolunan edən hansı xüsusiyyətlərdir?

Məhsul xəttinə bilərziklər, üzüklər, sırğalar və digər zərgərlik növləri daxildir. Müxtəlifliyə baxmayaraq, talisman bilərziklər hələ də markanın bir əsas ulduzu olaraq qalır, onu öz zövqünüzə görə özünüz yığa bilərsiniz. Yeri gəlmişkən, satışların 80 faizini bu bilərziklər təşkil edir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları bu dəfə “Pandora” markasının yaranma tarixi ilə tanış edir.

Brendin yaradıcıları bir xəyal ilə yola çıxdılar. 1982-ci ildə evli cütlük Per və Vinni Enevoldsen Kopenhagendə kiçik bir mağaza açdılar və burada satışa yüksək keyfiyyətli əl işi zinət əşyalarını satışa qoydular. “Pandora” əvvəlcə Taylanddan gətirilən zərgərlik əşyaları satan kiçik bir ailə mağazası idi. Daha sonra biznes genişləndi, fəaliyyət vektoru dəyişdi və bazarda “Pandora” kimi brend peyda oldu. Zərgərlərin qızıl əlləri nəticəsində qiymətli metallar, daşlar, şüşələr, hətta qiymətli ağaclar zərif və orijinal üzüklərə, bilərziklərə, kulonlara çevrildi ki, bu da danimarkalıların ürəyini tez bir zamanda fəth etdi, Daha sonra Skandinaviya və Avropa ölkələri sürətlə populyarlıq qazanmağa başladı.

Uğurlu satışların hesabına 1987-ci ildə şirkət genişlənməyə başlayır, bundan sonra mağazalarının sahibləri qərara gəldi ki, xüsusi dizaynerlə əməkdaşlıq qurmağın vaxtı yetişib. Beləliklə, bütün diqqət özünəməxsus dizaynı olan zərgərlik məmulatlarının yaradılmasına yönəldildi. 1989-cu ildə şirkət Taylandda öz zərgərlik məmulatlarının istehsalına başlamaq qərarına gəldi.

 

Məşhur modul bilərzik

Brend dünya şöhrətini təxminən 13 il əvvəl qazandı. 1999-cu ildə dizaynerlər Loune, Lizbet, Li və Meds məşhur modul qolbağınının konsepsiyasını işləyib hazırladılar ki, bu da sonradan brendin vizit kartına çevrildi. 2000-ci ildə bilərziyin satışa çıxarılması nəticəsində şirkətin beynəlxalq zərgərlik bazarında yüksək mövqelərə sürətli yüksəlişi başladı.

Pandora bilərzikləri bəzək əşyasından daha ötədir. Alıcılara istənilən muncuq dəstini yığmağa imkan verən ilə unikal modeldir. Məhsul zəncirdən, xüsusi kiçik halqalarından, muncuqlardan və ya talismanlardan ibarətdir. Zərgərlik qızıl, gümüş, təbii daşlar, Murano şüşəsi, ağac və digər materiallardan hazırlanır. Talismanlar arasında müxtəlif forma və istənilən fiqurlar tapmaq olar. Bütün məhsullar əl ilə hazırlanır və hər birinin dizaynı yüksək keyfiyyətdən xəbər verir. Alıcı öz maraqlarına və arzularına görə bilərzik yığmaq fürsəti əldə edir. Siz istənilən detalları seçə, həm də onları istənilən vaxt dəyişdirə bilərsiniz. Bu xüsusiyyət istehlakçıların marağına səbəb oldu və “Pandora” bilərziklərini bir çox qadının əldə etmək arzusunda olduğu, axtarılan bir məhsula çevirdi. Belə bir yanaşma şirkətə inkişaf etməyə və daha böyük gəlir əldə etməyə imkan verdi. Bu gün “Pandora” bütün dünyada qadınları qadın olmağa ruhlandırır və onları öz xüsusi və unikal obrazlarını yaratmağa sövq edir. Dizaynerin modul qolbaq ideyası bütün dünyada səs-küy yaratdı və satışları artırdı. Yenilik qeyri-adi dizaynı ilə qadınları cəlb etməklə yanaşı, onlarda kolleksiyaçı həyəcanını və ruhunu da oyatdı.

Digər məqam mağazalarda məhsulların qablaşdırılması və tərtibatı idi. Xüsusi qutu və qeyri-adi təqdimat malların sayının məhdud olduğu təəssüratı yaratmağa kömək edir. Bu, istehlakçıların gözündə onun dəyərini artırır və eksklüzivlik imic yaradırdı.

“Pandora” brendi 2003-cü ildə ABŞ və 2004-cü ildə Almaniya və Avstraliya kimi yeni bazarlara daxil oldu. Sonrakı illərdə brend əsasən distribyutorlar vasitəsilə qlobal bazarda öz iştirakını sürətlə genişləndirdi və Taylandda istehsalını genişləndirdi. Məhsuldarlığı artırmaq üçün “Pandora” 2005-ci ildə Taylandda öz fabrikini açdı və bu günə qədər zərgərlik istehsalında ən önəmli şirkətlərdən biri olaraq qalır. 2008-ci ilin avqustunda şirkətin Taylandda ikinci fabriki fəaliyyətə başladı, 2010-cu ildə isə üçüncü və dördüncü fabriklərinin açılışı oldu. Bununla da genişmiqyaslı istehsalın unikal strukturunu sübut etdi.

2010-cu ildə şirkət Kopenhagen Ticarət Birjasında öz səhmlərini uğurla listinq edərək birjaya çıxardı.

2012-ci ildə “Pandora”nın ümumi gəliri təxminən 900 milyon avro təşkil edib.

zinet esyasi

“Pandora” brendinin fəlsəfəsi

“Gəlin unudulmaz anlar yaradaq” şüarı özündə brendin bütün fəlsəfəsini əks etdirir. Hər bir aksesuar özündə sahibinin ən gözəl anlarını birləşdirir. Şirkətin qurucuları saysız-hesabsız talismanlar buraxmaqla əlamətdar həyat hadisələrini xatırladan bir ənənə yaratmaq istəyirdi, brend adının hekayəsi də bunu vurğulayır. Brend xanımlara özlərini ifadə etmək və obrazlarında öz hekayələrini “yazmaq” imkanı verdi. Bir sözlə, “Pandora” duyğular bəxş edir və xatirələr yaradır.

Yarandığı gündən şirkət təkcə qadınların qəlbini fəth etməyi deyil, həm də onlara müxtəlif yollarla özlərini göstərməyə kömək etməyi qarşısına məqsəd qoyub. Bunun üçün onlara yüksək keyfiyyətli, qeyri-adi gözəllik və qeyri-standart dizaynlı zinət əşyaları təklif olunur. Və hər məhsul xətti yaşından, tərzindən və görünüşündən asılı olmayaraq hər bir qadının ehtiyaclarını və istəklərini təmin etməyə qadirdir. “Pandora”nın qarşısında duran qlobal missiyası planetin ən çox sevilən zərgərlik şirkəti olmaqdır. Bu gün əminlik demək olar ki, Enevoldsenlər ailəsi arzusunu həyata keçirə bilib, onların zərgərlik nümunələri bütün dünyada qadınlar üçün əlçatan oldu. Hazırda “Pandora” mağazaları 70-dən çox ölkədə fəaliyyət göstərir.

“Pandora” bütün dünyada uşaqlara, xüsusən də qızlara kömək etmək üçün UNICEF ilə əməkdaşlıq edir. Xüsusilə, sağlamlıq və təhlükəsizlik, təhsil və yaradıcılıq potensialının inkişafının təmin edilməsi üçün proqramlar həyata keçirilir. Şirkət ildə iki dəfə məhdud sayda zərgərlik məmulatları ilə xüsusi kolleksiyalar buraxır və satışdan əldə olunan gəliri fondun xeyriyyə layihələrinə köçürür.

Pandora 1

Pandora nə deməkdir?

“Pandora” adının mənası yunan dilindən “lütf” kimi tərcümə olunur. Əfsanələrə görə, Prometeyin ilahi sayılan odu insanlara verməsindən hiddətlənən Zevs ondan intiqam almaq üçün qardaşı Epimeteydən istifadə etmək istəyir. Epimeteyin qarşısına Pandora adlı ilahəni çıxarır. Pandora Epimetey vasitəsilə insanların arasına qarışır. Prometey qardaşına Zevs başda olmaqla, tanrılardan gələn hədiyyələri almaması barədə dəfələrlə xəbərdarlıq edir. Epimetey isə xəbərdarlıqlara diqqət yetirmir və hətta Pandoraya aşiq olur. Bu eşq evliliklə nəticələnir.

Zevs insanların başına gələ biləcək bütün bəlaları bir qutunun içinə qoyaraq toy hədiyyəsi olaraq Epimeteyə bağışlayır. Qutunu hədiyyə verərkən Zevs tapşırır ki, xoşbəxt yaşamaq istəyirlərsə, bu qutunu heç bir zaman açmasınlar. Qutunun görünüşü cazibədar idi. Ona “xoşbəxtlik qabı” deyilirdi. Pandora qutudakı sirrə duyduğu marağa məğlub olur və qutunu açır. Qutunun qapağını açar-açmaz ətrafa və dünyaya bütün pisliklər yayılır. Ölüm, qəzəb, xəstəliklər, epidemiyalar, aclıq, qısqanclıq, həsəd və bütün pis xislətlər… O zamandan bəri insanların həyat yolunda qarşılaşdığı çətinliklər böyük bir problemə çevrilir. Artıq bütün şər dünyaya yayılmışdı. Qutudan qanadlı varlıqlar uçub gedir və gecə-gündüz insanlara zərər verirdilər.

Bu vəziyyəti görən Pandora peşman olaraq qutunun qapağını dərhal bağlamaq istəyir. Zorla da olsa, qutunun qapağını bağlayır, ancaq içində bir tək şey qalır – o da insanlara xoşbəxtlik verən və pisliklərdən qoruyan ümid duyğusudur. Zevs istəyirdi ki, insanlar həmişə əzab- əziyyət içində yaşasınlar, eyni zamanda həyatdan əllərini heç vaxt üzməsinlər. Bunun üçün ümidi qutuda saxlayır. “Ümidsiz yaşanmaz” ifadəsi, bəlkə də, belə məna qazanmışdır.

Həmin vaxtdan sonra “Pandora qutusunu açmaq” ifadəsi obrazlı şəkildə qarşısı alına bilməyən bəlalardan qoruyan ümid mənasında işlədilir. Məşhur brendin “Pandora qutusu” da bu gün əfsanədəki ənənəni davam etdirməklə alıcılarına yalnız ümid və sevinc bəşx edir. Brend qadınları həm yeni qələbələrə ruhlandırmağa çalışır, həm də gözəlliyinin dəyərini anlamağa səsləyir.

zinet esyasi 2

zinet esyasi 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir