Parasetamol

Parasetamolun bu qədər təhlükəli olduğunu bilirdiniz?

Baxış sayı: 579

Parasetamoldan istifadə edənlərin nəzərinə: bu dərman ölümcül təhlükəli ola bilər.

Bununla bağlı Şotlandiyanın Edinburq Universitetinin alimləri xəbərdarlıq edib.

Bu dərmanın uzun müddət istifadəsi yüksək təzyiqli insanlarda ürək xəstəliyi və insult riskini artırır.

Alimlər yüksək qan təzyiqi olan 110 könüllünün iştirak etdiyi araşdırma aparıblar. 2 həftə ərzində onlardan bəziləri gündə 4 dəfə parasetamol, bəziləri isə plasebo qəbul edib. Hər iki halda, könüllülər həbləri təsadüfi və kor-koranə qaydada qəbul ediblər.

Onların üçdə ikisi hipertoniyaya qarşı dərmanlar da içib. Nəticədə alimlər orta hesabla, tədqiqat iştirakçılarının qan təzyiqində artım olduğunu müəyyən ediblər.

Alimlərin fikrincə, parasetamolun müntəzəm qəbulu ürək xəstəliyi və ya insult riskini təxminən 20 faiz artıra bilər.

Tədqiqat iştirakçıları dərman qəbul etməyi dayandırdıqdan sonra onların qan təzyiqi tədqiqatın əvvəlində olduğu səviyyəyə qayıdıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir