Argentinada 37 yaşlı millət vəkili Victoriya Donda Perez parlament iclasında səkkiz aylıq körpəsinə süd verməsi ilə gündəmə gəlib.
“Gencaile.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Perez son məclis iclasına səkkiz aylıq qızı Trilce ilə birlikdə gəlib və bir tərəfdən müzakirələrə qatılarkən, bir yandan da qızına süd verib.
Millət vəkili bu hərəkəti ilə qısa müddətdə dünya səviyyəsində tanınan bir deputata çevrilib. 2007-ci ildən bu yana ölkəsində aktiv bir şəkildə insan və qadın haqları müdafiəçisi kimi tanınan, parlament iclaslarına geyindiyi dekolte libaslarla tez-tez gündəmə gələn Perez səsləndirdiyi radikal fikirləri ilə xalqın sevimlisinə çevrilib.