aile

Partnyorunuzun daha sizisevmədiyini göstərən əlamətlər

Baxış sayı: 701

Uzun müddət birlikdə olduqdan sonra münasibətlərdə əvvəlki çılğınlıq qalmır. Bəs partnyorunuzun sizi daha sevmədiyini necə anlaya bilərsiniz?

Hər halda psixoloq Yeqor Latvinovun fikirləri sizə bu yöndə düşüncələrinizi dəqiqləşdirmək imkanı verə bilər. Beləliklə, “Gencaile.az” saytı mütəxəssisin fikirlərinə istinadəm partnyorunuzun sizi sevmədiyini göstərən 8 əlaməti təqdim edir

1. Hər hərəkətiniz onu qıcıqlandırırsa bu pis əlamətdir. Söhbətiniz, yeməniz, içməniz, geyim tərziniz onda əsəb yaradırsa sevgi ölüb.

2. Nə edirsinizsə edin, onun gözündə dəyəri qalmır, hey tənqid edir. Sizi tənqid etməklə qalmayıb alçaldırsa həyəcan təbili çalınır deməkdir.

3. Dəstək və müdafiə vermir, özünüzü tək və köməksiz hiss edirsiniz? Əgər insan sevirsə onda oksitosin hormonu daha çox ifraz olunur. Bu qarşısındakı insanı qorumağa yönəlmiş hisslər yaradır. Oksitosin yoxdursa, sevgi də yoxdur.

4. Əməyinizə dəyər vermir, sizi problemlərinizlə baş-başa buraxırsa bu münasibətləri uzatmağın anlamı yoxdur. Dəyərsizlik hiss edirsinizsə qaçın.

5. Verilən vədlərin yerinə yetirilməməsi, bəhanələr tapılması vida himninin çoxdan çalındığı anlamına gəlir.

aile

6. Sizi dinləmir? Hətta sevişmələrdən dərhal sonra telefonda qurdalanır, diqqəti fərqli yerlərdədir? O, gedib, sadəcə bunu deyə bilmir.

7. İntim yaxınlığa can atmır, toxunuşlar etməyi sevmirsə sevgi bitib.

8. İntuisiyanız nəyinsə yerində olmadığını hiss edirsə, beyniniz ondan əvvəlki siqnalları almır deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir