Təcrübəmizə görə, qərar verməsi saniyələr çəkən, lakin bütün diqqətləri cəlb edən uyğunlaşdırılmış geyimlər qış mövsümündə dəbli görünməyin açarıdır.
Beləliklə, xarici KİV-ə istinadən 30 saniyə ərzində dəbli görünüş yaratmağın sirlərini təqdim edirik:
Dəb tapmacamıza cavab axtararkən, ən sevdiyimiz moda ikonlarını izləməyə və asan, cazibədar paltar uyğunlaşmalarının şifrəsini çözməyə çalışırıq.
Zolaqlı köynək, cins şalvar, idman ayaqqabısı
Aranızda “zolaqlı” geyimlərə qapılan biri varmı? Mövsümdən asılı olmayaraq, qarderobunuzda zolaqlı parçaları əldən verə bilmirsinizsə, bu 3 parçalı kombinasiyanı sınayın.
Tünd göy və qara
Son illərədək istifadə etməyi düşünmədiyiniz bu iki bir-birinə zidd rəng artıq iki ən yaxşı dostdur. Yeni mövsümdə bu rəng birləşməsini sınamadan keçməyin.
Palto
Keçid mövsümlərinin vazgeçilməzlərindən olan paltolar rəngləri və rahat istifadə olunma quruluşları ilə bir çox seqment tərəfindən üstünlük veriləndir.