geyim

Payızda hansı rənglər trend olacaq?

Baxış sayı: 863

Payız həmişə düşmüş yarpaqların rəngli çalarları ilə xatırlanır. Narıncı, qəhvəyi və sarı rənglərin isti tonları, krem və tünd mavinin çalarları qarderobumuza yenidən girməyə hazırlaşır. Çünki bu rənglər zaman keçsə də, heç vaxt trenddən düşmürlər.

Rəng kolleksiyası haqqında ən cəlbedici elementlərdən biri də hər birinin neytral şəkildə hərəkət edə bilməsidir. Yəni, geyimlərinizi bu payız rənglərini digər rənglərlə birləşdirməklə və ya tək bu tonlardan yararlanaraq tamamlaya bilərsiniz.

Süd rəngi

Süd rəngi payız üçün heç də darıxdırıcı deyil! Payız bu rəngin parıldadığı mövsümdür. Üst geyimləri, yaxud da şalvarlar seçərkən bu rəngə üstünlük verə bilərsiniz.

Tünd mavi

Görünüşə görə tünd mavi həm nostaljik, həm də müasir olmağı bacaran bir rəngdir. Tünd mavi, qara rəngli geyimlər geymək istəmədiyiniz zaman qarderobunuza əlavə etmək üçün mükəmməl alternativdir.

Krem

Krem rəngi kimi klassik görünəcək çox az şey var. Payızda bir az fərqlənmək üçün qarderobunuza bu rəngi əlavə edə bilərsiniz. Tünd mavi, qara, yaxud da qəhvə rəngli şalvarla uyğunlaşdırılmış krem rəngli köynəklər, jaketlər düşünün. Çox gözəl görünməzmi?

Boz

Digər səssiz rənglərlə gözəl uyğunlaşacaq olan bu rəng, həm nəcib, həm də çox müasirdir!

Kirəmit və onun çalarları

Narıncı, qırmızı-qəhvəyi və ya kirəmit rəngləri. Bu tonlar bütün payızı əhatə edir.

geyim 1

geyim 2

geyim 3

geyim 4

geyim 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir