ABŞ-da texnologiya şirkətlərindən biri arıqlamaq üçün pəhriz saxlamaqda çətinlik çəkənlər üçün yeni alət hazırlayıb.
“Şok terapiya” tətbiq edən yeni alət bilərzik formasındadır. Pavlovun məşhur “motivasiya” təcrübəsinə əsaslanaraq bu bilərzik bədəndəki dəyişikliyi təqib edəcək.
Müəyyən olunmuş normadan çox yemək yeyəndə bilərzik bədənə 2 amper elektrik verəcək. Növbəti il bu bilərzikləri 250 dollara satılacağı planlaşdırılır.