“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza pendirli tava börəyinin hazırlanma qaydasından bəhs edəcəyik.
Tərkibi:
2 yumurta
Yarım stəkan süd
100-150 qram kəsmik
Cəfəri
1 yufka
4 xörək qaşığı yağ
Hazırlanması:
2 yumurtamızı uyğun bir qaba ayırın, yarım stəkan süd əlavə edin və yaxşıca çırpın. Sonra kəsmikimizi əlavə edib çəngəllə əzin. Sonra üstünə cəfəri doğrayın. Bir lavaşı 2 sm qalınlığında kəsib xərcimizə əlavə edək Xərcimizi hərtərəfli qarışdıraq. Yanmaz yapışmayan qabımıza 2 xörək qaşığı yağ qoyub qızdırın. Xərcimizi isti tavanın içinə töküb tavaya yayaq. Dibi zəif odda qızardıldıqda, qapaqla çevirib tavaya 2 qaşıq yağ əlavə edib hər iki tərəfi də bişirin. Plitə üzərinə götürün və isti şəkildə verin.
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan