PESE

Peşə təlimi, məşğulluq və cəmiyyətə inteqrasiya

Baxış sayı: 656

Cəmiyyətin əlilliyi olan şəxslərdən ibarət həssas bir təbəqəsi var. Arzuları, xəyalları qədər fiziki imkanları sonsuz olmasa da, çalışqanlıqları, bacarıqları, təşəbbüskarlıqları və həyata sevgiləri intəhasızdır. Onlar dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Amma xarici və yerli təcrübənin göstərdiyi kimi, əlilliyi olan insanlar çox vaxt cəmiyyətdə fəal iştirak etmək üçün bütün potensial imkanlara malik olsalar da, arzularını tam həyata keçirə bilmirlər. Onların cəmiyyətə inteqrasiyasına, təlim və tədrisə, məşğulluğa, özünüməşğulluğa daim ehtiyacları olur.

Korporativ sosial məsuliyyət layihələri ilə fiziki məhdudiyyətli şəxslərə mütəmadi töhfəsini verən “NAR” ənənəsinə sadiq qalaraq əlilliyi olan insanlara fəaliyyətində həmişə xüsusi yer ayırır. Ölkənin yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərən mobil operatoru vəzifəsini təkcə müştərilərin etibarlı tərəfdaşına çevrilməklə bitmiş hesab etmir, həmçinin KSM strategiyasını fəaliyyətinin ən vacib istiqamətinə çevirməkdə davam edir.

Fiziki məhdudiyyətli şəxslərin karyerasına töhfə

5 ilə yaxındır ki, “NAR”ın “Karlara Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakıda və regionda reallaşan “Təlim Məktəbi” layihəsi nitq və eşitmə məhdudiyyəti olan insanların peşə qazanmasına və cəmiyyətə inteqrasiyasına dəstək  məqsədi ilə həyata vəsiqə qazanır. Layihə müddətində təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası, motorçu, smartfon təmiri, dərzi, bərbərlik kimi ixtisaslar üzrə təlimlər təşkil olunub. “Təlim Məktəbi” layihəsinin “Eventiada IPRA Golden World Awards 2019” beynəlxalq müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olması da layihənin əhəmiyyətliliyinin göstəricisidir.

“NAR” bu təlimlərlə paralel məhz eşitmə və nitq məhdudiyyətli insanlar üçün müxtəlif layihələri ilə ölkədə işarət dili ilə bağlı bəzi tədris vəsaitlərinin hazırlanmasına nail olub və bu qəbil insanların ünsiyyətinin asanlaşdırılmasında “Səssiz dünyaya körpü” salıb. “NAR”ın eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğətin hazırlanması ilə rəqəmsallaşmağa doğru layihəsi isə təkcə əlilliyi olan şəxslərin texnologiyalarla təmasını yaratmayıb, həm də onlara müasir dünyanın imkanlarını kəşf etmək imkanı bəxş edib.

Əmək bazarının tələbatına uyğun

“NAR”ın “Təlim Məktəbi” layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reablitasiya Mərkəzində həyata keçirilir.

NAR-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Təlim Məktəbi” layihəsinin əhəmiyyətini izah edir: “Layihənin məqsədi eşitmə və nitq məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə verməkdir. Eyni zamanda, fiziki məhdudiyyətli  gənclərin maliyyə azadlıqlarına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etmək və cəmiyyətə inteqrasiyasına nail olmaqdır”.

Layihənin tərəfdaşı – Karlara Dəstək” İctimai Birliyi “NAR”ın dəstəyini yüksək dəyərləndirir. Belə ki, “NAR”ın maliyyə dəstəyi ilə həyata keçirilən “Doğma işarət dili” layihəsinin uğuru tərəfdaşlıq üçün yeni imkanlar açıb. Nəticədə “Karlara Dəstək” İctimai Birliyi ilə  “NAR” əlilliyi olan insanlara dəstək məqsədilə “Təhsil Məktəbi” sosial layihəsinə üçüncü dəfə yenidən start verilib.

Birliyin rəhbəri Kamran Abasov layihəni eşitmə və nitq məhdudiyyətli şəxslərin gələcəyi üçün vacib hesab edir: “Layihə fiziki məhdudiyyətli gənclər üçün əmək bazarında böyük tələbat olan peşələr üzrə xüsusi peşə hazırlığının təşkilini nəzərdə tutur. 6 ay davam edəcək layihədə nitq və eşitmə qüsurlu 20 nəfər iştirak edəcək. Onlardan 10 nəfərinin manikür, 10 nəfərinin isə saç ustalığı təlimlərində iştirakı nəzərdə tutulub.

İlkin mərhələdə 3 ay ərzində peşəkar ustalar qadınlara manikür ustalığını öyrədirlər. Təlim başa çatdıqdan sonra iştirakçılar Əlillərin Peşə Reabilitasiyası Mərkəzindən müvafiq ixtisas üzrə sertifikat alacaqlar”.

“NAR” həyatımızı dəyişdi

“Təlim Məktəbi” layihəsı çərçivəsində Mərkəzdə gənc qızlar üçün manikür ustalığı təlimləri müasir avadanlıqla təchiz olunmuş otaqlarda keçirilir. Müəllimlər peşə üzrə böyük təcrübəyə malik praktik nəzəriyyəçilərdir. Təlimlərin uğurlu və daha effektiv olması üçün surdotərcüməçilər cəlb edilib ki, gənclərə bu peşə üzrə bacarıqlara yiyələnməkdə köməklik göstərirlər.

Gənclər “NAR”ın həyata keçirdiyi layihəni təkcə məşğulluq kimi deyil, həyatlarını kökündən dəyişəcək imkan kimi dəyərləndirirlər.
“Belə layihələrin davamlı olmasını arzulayıram!”- deyən layihə iştirakçısı Cəmilə Pauç bir neçə il əvvəl Polşada yaşayıb. Daha sonra Bakıya qayıdıb. Təlimə qatılmaq üçün həftəiçi 5 gün Xırdalan qəsəbəsindən Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14 ünvanda yerləşən Mərkəzə tələsir: ”Manükür peşəsinin sirlərini həvəslə öyrənirəm. Elə hesab edirəm ki, təlimlərdən sonra özməşğulluğumu qura biləcəyəm. Bu təlimlər mənə həm mənəvi, həm də maddi dəstək olacaq. Layihə həyatımda dönüş yaratdı. Buna görə, “NAR”-a minnətdarlığımı bildirirəm!”

“NAR”ın çağırışı 

“NAR” ümumilikdə fiziki məhdudiyyətli gənclər üçün təlimi və yaranacaq iş imkanlarını onların müstəqillik qazanmaları və cəmiyyətə inteqrasiyalarının ən yaxşı yolu kimi dəyərləndirir. Elm və təhsilə dəstək, peşə təlimi strategiyasını əsas fəaliyyət istiqamətlərindən hesab edən “NAR”ın həyata keçirdiyi layihələr də əlilliyi və xüsusi ehtiyacları olan şəxslərin əmək bazarında müvafiq kvalifikasiyalar qazanmalarına hesablanıb. “NAR” öz təcrübəsində işəgötürmə prosesində fiziki məhdudiyyətlərə önəm vermir və bütün şirkətləri və bu strategiyanı dəstəkləməyə çağırır. “NAR” hesab edir ki,  fiziki məhdudiyyətli şəxslərin təlim, tədris və məşğulluğuna dəstək dövlətin diqqət və qayğısı ilə yanaşı, hər bir şirkətin və vətəndaşın vəzifəsi olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir