peyvend

Peyvənd vurdurmaq orucu pozurmu?

Baxış sayı: 586

Ramazan ayında peyvənd vurdurmağın orucu pozub-pozmadığı çoxlarını maraqlandırır.

İlahiyyatçılar qeyd edirlər ki, təbii üsulla, yəni ağız və ya burunla orqanizmə daxil olmayan heç bir vasitə orucu pozmur. Hətta krem sürtmək, iynə vurdurmaq da orucu batil etmir.

Mütəxəssislərin dediyinə görə, ağrının azalması məqsədilə iynə vurdurmaq, yaxud peyvənd edilməsi orucun pozulmasına səbəb olmur. Orucu yalnız qidanı əvəz edən iynələr poza bilər.

Həkim-infeksionist Əminə İsmixanova mövzuyla bağlı danışarkən aşağıdakıları dedi: “Qan almaq və peyvənd olunmaq əks göstəriş deyil. Bəzən Ramazan ayında xəstələr sistem köçürməklə bağlı müraciət edirlər. Burada əks göstəriş yalnız ondan ibarətdir ki, qidalandırıcı vasitələrdən, məsələn, vitaminlərdən qətiyyən istifadə etmək olmaz. Əgər həmin vasitələrə ehtiyac duyularsa, ondan imsakda və iftarda istifadə etmək olar”.

Ekspertlər onu da bildirirlər ki, əllərin dezinfeksiya edilməsi də orucu pozmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir