COVID-19 əleyhinə peyvəndlərə qarşı allergik reaksiyaların nadir hallarda baş verdiyi məlum olub. Müvafiq sənəd Rusiya Allerqoloqlar və Klinik İmmunoloqlar Birliyinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Sənəddə peyvəndə qarşı təhlükəli allergik reaksiyaların qeydə alınmadığı vurğulanıb:
“Genişmiqyaslı araşdırmalara görə, allergik reaksiyaların sayı peyvəndin növündən asılı olaraq 1 milyon dozada 0,65-1,53% arasında dəyişir”.
Qeyd edək ki, koronavirusa qarşı peyvəndlərin 88% qoruma təmin edə bildiyi vurğulanıb.