geyim

Pijamalı dəb - Bu yay şort və köynəkləri belə geyinin

Baxış sayı: 424

Bu yay dəb bizə sadəliyi təlqin edir: rahatlıq və stil yenidən birləşir. Mövsümün əsas trendlərindən biri – şort və köynəkdən ibarət pijama dəstləri artıq stilstlərin küçə tərzində və “Instagram” səhifələrində hökmranlıq edir.

Beləliklə, bu dəbi təqdim edirik:

Yüngül parçalar, sərbəst siluetlər və “zahmetsiz şıklıq” ideal yay obrazı üçün lazım olan hər şey budur.

 

Niyə hamı “pijama” geyinir?

Bir zamanlar yalnız ev geyimi hesab edilən pijamalı stil indi küçələrə çıxıb.

Dəbli qadınlar kətan, pambıq və viskoza kimi təbii parçalardan hazırlanan şort və köynək dəstlərinə üstünlük verir və bu geyimləri:

gəzintiyə,

kafeyə,

hovuz kənarında ziyafətə,

hətta səyahətə geyinirlər.

Ulduzlar da artıq belə dəstləri öz yay bazalarına daxil ediblər.

Pijama Stili Geri Döndü: Dəbli görünmək üçün bu yay şort və köynəkləri necə geyinmək olar

Pijamalı dəsti şəhər mühitində necə geyinmək olar?

1) Aksesuarlarla vurğu yaradın

Çox “evdəymiş” kimi görünməmək üçün obrazınıza aşağıdakıları əlavə edin:

iri sırğalar

gün eynəyi

şlyapa

rotan və ya juta toxumasından çanta

Bu detallar sadə pijama dəstini şəhər obrazına çevirəcək.

Pijama Stili Geri Döndü: Dəbli görünmək üçün bu yay şort və köynəkləri necə geyinmək olar

2) Ayaqqabı ilə kontrast yaradın

Görüş və ya axşam tədbirinə gedirsinizsə, pijama dəstini:

topuqlu sandal,

və ya dəbli myule ilə tamamlayın.

Bu kontrast həm rahat, həm də təmtəraqlı görünüş yaradacaq.

Pijama Stili Geri Döndü: Dəbli görünmək üçün bu yay şort və köynəkləri necə geyinmək olar

3) Rəng və naxışlarla oynayın

Yay mövsümündə dəbdə olanlar:

pastel tonlar

zolaqlar

geometrik və çiçəkli naxışlar

Ancaq ağ və bej dəstlər ən universal variant sayılır – istənilən ayaqqabı və aksesuarla uyğunlaşır.

Pijama Stili Geri Döndü: Dəbli görünmək üçün bu yay şort və köynəkləri necə geyinmək olar

İstirahətə gedirsinizsə, kətan seçin

Dənizkənarı istirahət və ya sahildə gəzinti üçün kətan dəstlər ideal seçimdir:

Bədəni nəfəs almağa qoyur

İsti havada rahatdır

Eyni anda zövqlü və estetik görünür

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir