deniz

Plyaj çantasında olması vacib olan əşyalar

Baxış sayı: 482

Yayın istisindən xilas olmaq istəyənlər çox vaxt çimərliklərə üz tuturlar. Bu zaman istirahətinizi rahat keçirmək üçün plyaj çantanı düzgün hazırlamaq lazımdır. Sizi günəş şüalarından qoruya biləcək kremlər, bronzlaşdırıcılar və günəşdən sonra qulluq kimi vacib məhsullardan başqa, özünüzlə bəzi paltarlar da götürməlisiniz. Çimərlik çantanızda lazım olan vacib əşyaları əvvəlcədən müəyyənləşdirərək dənizdə daha rahat vaxt keçirə bilərsiniz.

Beləliklə, plyaj çantasında olması vacib olan əşyaları təqdim edirik:

 

Ehtiyat bikini və ya mayo 

Çimərlik çantasının olmazsa olmazları arasında ehtiyat çimərlik paltarları birinci yerdədir. Yaş çimərlik paltarı ilə çox qalmaq sağlamlığınıza zərərdir. Həmçinin çimərlik paltarı və bikininin dəyişdirilməsi gigiyena baxımından da son dərəcə əhəmiyyətlidir. Tətildə diskomfort yaşamaq istəmirsinizsə, çantanızda mütləq ehtiyat bikini və ya çimərlik paltarınız olmalıdır.

 

Dəsmal

Dəsmallar çimərlikdə vaxt keçirərkən ən çox ehtiyac duyacağınız şeylər arasındadır. Yanınızda 2 dəsmal olması kifayət edir. Dəsmallardan birini günəşlənərkən, digərini isə şezlonglar və ya  dənizdən, hovuzdan çıxarkən qurulanmaq  üçün istifadə edə bilərsiniz.

 

Günəş kremi

Dərinizi günəşdən yarana biləcək zərərli şüalardan qorumaq istəyirsinizsə, mütləq günəş kremini çantanızda daşımalısınız. Özünüzlə günəş kremi götürərək xoş və rahat bir istirahət keçirəcəksiniz. Dərinizi günəşdən gələn UV şüalarından (Ultrabənövşəyi şüalanma) qoruyan bu kremlər arasında səviyyələrinə görə müxtəlif növləri var. Qeyd edək ki, günəş kremindən sadəcə dənizə gedərkən deyil, gündəlik həyatda da istifadə etməyiniz tövsiyə edilir.

 

Dodaq kremi

Dodaq balzamları günəşdən qoruyan kremlər qədər vacibdir. Dərinizi olduğu kimi dodaqlarınızı da günəşin zərərli şüalarından qorumalısınız. Dodaqlar da dəniz və hovuz suyundan asanlıqla təsirlənən bədən üzvləri arasındadır. Onlarda quruluq, qıcıqlanma və irəliləmiş yaraların qarşısını almaq üçün çimərlik çantanızda dodaq balzamı mütləq olmalıdır.

 

Günəş eynəyi

Çimərlikdə istifadə edə biləcəyiniz günəş eynəyi üçün çantanızda mütləq yer ayırmalısınız. İsti yay aylarında günəşin zərərli şüalarından qorunmaq dəri və dodaqlar qədər gözlər üçün də vacibdir. Gündəlik həyatınızda istifadə etmədiyiniz eynəkləri belə tətilə gedərkən yanınızda saxlamalısınız.

 

Şapka 

Dəniz və ya hovuz kənarında çətirlər olsa belə, onları boş tapmaq həmişə mümkün olmaya bilər. Bu səbəbdən temperaturun yüksək olduğu çimərlik bölgələrində günəşin başınıza düşməməsi və problem yaşamamaq üçün şapkalardan istifadə etməlisiniz. Bu zaman çimərlik modasını əks etdirə biləcək xüsusi dizaynlı papaqlardan istənilən birini seçə bilərsiniz. Şapka taxmaqla siz təkcə başınızı deyil, həm də üzünüzü, eləcə də boyun nahiyənizi də qoruya bilərsiniz.

 

Saç sancaqları  

Xüsusilə qadınların çimərlik çantalarında olması lazım olan saç sancaqları saçlarınızı qorumaq üçün vacibdir. Saçlarınızla suda və ya sudan çıxanda vaxt itirmək istəmirsinizsə, özünüzlə saç sancaqlarını götürün.

 

Çimərlik tərlikləri  

Əgər bir oteldə və ya hansısa bağ evində tətil etməyi planlaşdırırsınızsa, tərliklər onsuzda ayağınızda olacaq.  Amma maşınla bir günlük çimərliyə gedirsinizsə, onları mütləq çantanıza qoymalısınız.

 

Lazım olan digər əşyalar

İstiyə davamlı yeməklər, oxuya biləcəyiniz kitablar, mahnıya qulaq asmaq üçün qulaqcıqlar da plyaj çantalarının ayrılmaz hissəsidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir