Polikistik yumurtaliq

Polikistik yumurtalıqlar sindromu nədir?

Baxış sayı: 1. 384

Yumurtalıqların polikistik sindromu, qadın orqanizminin endokrin patologiyası olub, aybaşı siklinin pozulması, ovulyasiyanın olmaması və bunun nəticəsində kişi cinsiyyət hormonları-androgenlərin artması ilə xarakterizə olunur. Dünya statistikasına əsasən xəstəliyin yayılması 2.5-8 faiz arasında olub, yeniyetmələr arasında gənclər və yetkin qadınlara nisbətən daha az olur. ən çox xəstələnmə 25-30 yaş qadınlar arasında olur.

 

Yaranma səbəbləri

Polikistoz yumurtalıqlar sindromlu pasientlərin əksəriyyətində xəstəlik spontan başlanır. Ancaq irsi faktoru əsas səbəblər arasında hesab edirlər. Son illərin tədqiqatları onu göstərir ki, yumurtalıqlar tərəfindən androgenlərin artıq ifraz olunması, birbaça olaraq qanda insulinin səviyyəsindən asılı olub, onun qanda konsentrasiyasının artması zamanı həddindən artıq yüksəlir. Sindromun inkişafı üçün təkanverici faktor artıq çəki hesab olunur. Və hal-hazırda xəstəliyin profilaktikası məqsədilə artıq çəki ilə mübarizənin olduğu hesab olunur.

 

Polikistik yumurtalıqlar sindromunun klinik əlamətləri

Pasientlər aybaşı siklinin pozuması və sonsuzluqdan şikayətlənirlər. Xəstəliyin klinik əlamətlərinin inkişaf piki erkən reproduktiv yaşa təsadüf edir. Xəstəlik inkişaf etməzdən öncə aybaşı normanl başlamış olur, bundan sonra tədricən aybaşı siklinin pozulması ( onun uzanması kimi)  qoşula bilər. Nadir hallarda xəstəlik amenoreya ( aybaşının heç olmaması ilə) özünü göstərə bilir. 5 pasientdən birində, klinik əlamətələrin inkişafından sonra 5 il ərzində ikincili amenoreya müşahidə oluna bilir. Ona görə də aybaşı siklinin pozumasını xəstəliyin əsas əlaməti yox, yanaşı gedən əlaməti hesab edirlər. Əsas əlaməti isə, ovulyasiya prosesinin pozuması hesab olunur. Belə sindromlu hər 6 qadından birində, anovulyator sonsuzluq müşahid olunur. Qalan qadınlarda isə periodik baş verən ovulyasiyaların hesabına, spontan hamiləliyin baş verməsi mümkündür. Polikistik yumurtalıqlar sondromu ilə xəstə olan qadınlarda hamiləlik, ovulyasiyanın stimulyasiyasından sonra baş verə bilər və çox güman ki, doğumdan sonra kliniki əlamətlər bir daha bərpa olunur. Ona görə də belə pasientlər daima endokrinoloqların nəzarəti altında olmalıdırlar.

Androgenlərin artıq ifrazının nəticəsində belə pasientlərin orqanizmində hirsutizm, allopesiya, akne və seboreya kimi dəri əlamətləri olur. Kişi tipi iilə artıq tüklənmə ( üzdə, sinədə və qarında) 70 % hallarda müşahidə olunur. Akne özünü kamedonlar, papulalar, kistalar şəklində göstərə bilir. Əgər onlar iltihablanırsa, yerində piqmentləşmiş çapıq və ləkə qqala bilir. Nadir hallarda pasientlər androgenasılı zonalarda ( ənsə, alın qabarı) nahiyələrində saçların azalması və nazilməsindən şikayətlənə bilirlər. Bİr sıra pasientlərdə şəkərli daibetin əlamətləri ( susuzluq, tez-tez sidik ifrazı, kandidozlar, xroniki dəri infeksiyaları) müşahidə oluna bilir.

Pasientlərdə psixi sferada depressiv hallar kimi dəyişikliklər ola bilər. Bu da çox zaman xarici görünüşdəki dəyişikliklər ilə əlaqələndirilir. Pasientlərin əksəri artıq çəkidən əziyyət çəkir, bu zaman piyin ən çox qarın bölgəsində yığılması xarakterdir. Pasientlər adətətn sosial əlaqələrdən uzaqlaşırlar və yalnız qalmağa çalışırlar.

 

Polikistik yumurtalıqlar sindromunun diaqnostikası

Əsrin əvvəlində Rotterdamda qəbul olunmuş konsensusa əsasən xəstəliyin əsas diqnostik kriteriyaları hesab olunur:

  1. Ovulyasiyanın pozulması, ovulyasiyanın tezliyinin azalması, və ya təmamilə olmaması. Bu vəziyyətin indikatoruaybaşı siklinin oliqomenoreya və ya amenoreya tipli pozulmasıdır.
  2. Qadın orqanizmində androgenlərin artmasının klinik və laborator göstəricilərinin olması
  3. Yumurtalıqların polikistozunu təsdiqləyən ultrasəs müayinəsi

Yalnız yuxarıda göstərilən 3 kriteriyadan ikisinin olması, polikstik yumurtalıqlar sindromu diaqnozunu təsdiqləyə bilir.

Baxmayaraq ki, bu xəstəliyin erkən diaqnostikası üçün spesifik metodlar yoxdur, bu patologiyanın formalaşmasının risk qrupuna aybaşı pozğunluğu olan qadınlar aiddir. Əgər qadında ildə 9 dəfədən az aybaşı olursa, və ya əksinə heç aybaşı olmursa, onda belə qadınlar detallı müayinədən keçməlidirlər.

Anamnez toplayan zaman pasientlərdən diqqətlə cinsi inkişaf dövründə çəki artımının olub olmaması və pubertat inkişafın etaplarında hər hansı problem və ya ləngimənin mövcudluğunu araşdırmaq lazımdır. Artıq tüklənmənin səbəblərini aşkarlamaq üçün hər hansı bir dərman preparatlarıının qəbul edilməsi barədə məlumat toplanmalıdır. Bundan başqa böyrəküstü vəzilərdə hər hansı bir patologiyanıın olub olmamaması araşdırılmalıdır.  Bundan başqa böyrəküstü vəzilərin hər hansı yeni törəmələrinin və ya anadangəlmə disfunksiyasının olub olmaması araşdırılmalıdır. Çünki bunlar da androgenlərin sekresiyasının artmasına səbəb ola bilər.

Fiziki müayinə zamanı Tanner təsnifatına əsasən cinsi inkişafının dəyərləndirilməsi və çəki indeksinin dəyərləndirilməsi aparılır.  Pasientlərə baxış zamanı tüklərin yerləşməsi, qalnlığı və yayımasından asılı olaraq hipertrixoz və ya hirsutizm olması fərqləndirilir. Anadangəlmə yüngül hipertrixoz cinsi yetişkənlik dövründə yaranan hirsutizmdən tipik yerləşmə yeri ( üst dodağın üstündə, çənəaltında, bakenbard zonasında, gilə ətrafında, qarnın ağ xətti boyunca) fərqlənir. Hirsutizmin qiymətləndirilməsi Ferriman- Qalvey şkalasına əsasən aparılır. Səpgilərin sayından asılı olaraq səpgilər yüngül, orta və ağır ola bilər.

Polikistoz yumurtalıqlar sindromunun diaqnozunun qoyulmasında ciddi rolu hormonal müayinələr oynayır. İlk növbədə cinsi hormonların səviyyəsi vəcinsi hormonları birləşdirən qlobulin  yoxlanılır. Qlobulinin sekresiyasına artıq çəki, endokrin sistemi xəstəlikləri və qara ciyər xəstəlikləri səbəb ola bilər.

Polikistik yumurtalıqlar sindromu diaqnozunu qoymaq üçün 3 əsas vacib kriteriyalardan biri də ultrasəs müayinəsidir. Belə pasientlərdə həcmcə böyümüş yumurtalıqlar 9 8 mm-dən böyük), 10 mm diametrli periferik follikullar , böyümə əlaməti olan dominant foliikulun olmaması aşkarlanır. Əsas informativ metod ultrasəs dinamik müayinəsidir. Bu zaman follikulun yetişməsini izləyə biləcək ultrasəs müayinəsi seriyaları aparılmalıdır.

 

Müalicəsi

Müalicənin əsas məqsədi uşaqdoğma funksiyasının bərpası, kosmetik planda şikayətlərin aradan qaldırılması, bədən çəkisinin korreksiyasıdır.  Bundan başqa əgər şəkərli diabet tip 2 qoşulubsa, müvafiq pəhrizin təyin olunaraq müalicənin aparılmasıdan ibarətdir.

Müalicə dərmansız,  dərman müalicəsi ilə və cərrahi aparılır.

Dərmansız müalicəyə pəhrizin və fiziki aktivliyin artmasının təyinindən ibarətdir. Çəkinin 5 % azalması biokimyəvi göstəricilərin normallaşmasına və artıq 6 ay sonra 5 xəstədən dördündə aybaşının normallaşaraq ovulyasiyanın yaranması ilə özünü göstərə bilər.

Dərman müalicəsi zamanı dərmaların dozası, sxemi pasientlərin yaşı, yanaşı xəstəlikləri və əsas simptomları nəzərə alınaraq təyin olunur.

Bu zaman sonsuzluq ovulyasiyanın induksiyası metodu ilə müalicə olunur. Ancaq preparat qəbulu dayandırıldıqdan sonra simptomların yenidən bərpa olunması görülə bilər, tüklərin yenə aktiv artması müşahidə oluna bilər. Daha uzun müddətli effektin alınması üçün müalicə epilyasiya ilə kombinasiya olunur.

Polikistik yumurtalıqlar sindromu xronik xəstəliklər siyahısına daxil olub, bu  zaman konservativ müayinə metodları müvəqqəti xarakter daşıyaraq, xəstəliyin residivləri ilə müşayiət oluna bilər. Pasientlər endokrinoloqun dinamik nəzarəti altında olmalıdırlar ki, illər ərzində yaran ağırlaşmaların qarşısını almaq mümkün olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir