Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür.
Rusiya mətbuatı yazır ki, bu, braziliyalı mütəxəssislərin dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxıb. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur.
Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemi yaradır.