yemeye ne var

Şirin bibər və badımcanla yüksək ləzzət - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 434

Bu yemək şirəli, ətirli və doyurucu olur, xüsusilə yay fəslində süfrəyə təqdim etmək üçün mükəmməldir. İstənilən garnitürlə (məsələn, düyü, bulqur, makaron) verə bilərsiniz və ya tək yemək kimi də çox dadlıdır.

“Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında bu resepti təqdim edir:

 

Tərkibi:

Badımcan – 2-3 ədəd

Toyuq budu – 6 ədəd

Soğan – 4 ədəd

Şirin bibər – 1 ədəd

Pomidor (təzə və ya öz şirəsində) – 300 q

Tomat pastası – 70 q

Paprika – 1 ç.q.

Xmeli-suneli (qarışıq ədviyyat) – 1 ç.q.

Sarımsaq – 3 diş

Duz, istiot, şəkər – zövqə görə

Acı bibər (çili) – 1 ədəd

Göyərti: keşniş, şüyüd, cəfəri, reyhan (arzuya görə)

 

Hazırlanması:

Badımcanları iri doğrayın, 15-20 dəqiqə duzlu suda saxlayın ki, acılığı çıxsın. Sonra suyunu süzüb kağız dəsmalla qurulayın və hər iki üzünü qızılı rəng alana qədər qızardın. Toyuq budlarını duzlayıb-istiotlayın və hər iki üzünü qızılı rəng alana qədər qızardın. Ət qızartdığınız tavada soğan və sarımsağı qovurun. Üzərinə paprika, xmeli-suneli, duz və istiot əlavə edin, qarışdırın. Sonra doğranmış bibər, pomidor və tomat pastasını əlavə edib 4-5 dəqiqə qapaqsız bişirin. Tavaya toyuq, badımcan və acı bibəri əlavə edin, qapağını örtüb 30-35 dəqiqə zəif odda bişirin. İstəyə görə doğranmış göyərti ilə bəzəyib süfrəyə verin.

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir