“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə pomidor yumurtanın hazırlanma qaydasını təqdim edirik.
Ərzaqlar
5 orta ölçülü pomidor, iri-iri doğranmış (qabığını soymağa gərək yoxdur)
3 xörək qaşığı kərə yağı
3 yumurta
Duz
İstiot
Necə hazırlanır?
- Tavada kərə yağını əridib üzərinə pomidorlarınızı qoyun. Pomidorlar yumşalana və suyunu buraxana qədər bişirin.
- Bu vaxt artıq iri pomidor parçaları kiçilmiş olmalıdır. Bişirən zaman vaxtaşırı taxta qaşıqla qarışdırmaq lazımdır ki, pomidorun şirəsi tavaya yapışıb yanmasın.
- Yumurtaları dərin bir qaba qırıb çəngəlllə yavaşca qarışdırıb pomidorun üzərinə tökün. Üzərinə zövqə görə duz və istiot əlavə edin.
- İstəsəniz yeməyin üzərində kiçik deşiklər də aça bilərsiniz. Yumurta bu deşiklərə axıb bişəcək. Ancaq yeməyi qarışdırmaq lazım deyil.
- İsti-isti elə bişdiyi tavadaca və ya qaba boşaldıb süfrəyə verin.
Məsudə Sultan