yemeye ne var

Pomidorlu pizza resepti belə hazırlanır - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 439

Əgər ailə süfrəsini rəngləndirmək və ya qonaqları təəccübləndirmək istəyirsinizsə, sadə, amma ləzzətli pomidorlu pizza bişirin. Bu orijinal yemək yumşaq xəmiri, şirəli pomidorları və ədviyyatların ətri ilə seçilir.

Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında pomidorlu pizzanın reseptini təqdim edirik:

 

Lazım olan inqrediyentlər

Hazır xəmir – 1 ədəd, pomidor çeri – 200–250, sarımsaq – 2–3 diş, təzə rozmarin – 1–2 budaq, zeytun yağı – 2–3 x.q, duz – zövqə görə, xardal – 2–3 x.q, sərt pendir – 50–70 q

Pomidorlu pizza resepti

Hazırlanma qaydası

Sobanı 180–200°C-yə qədər qızdırın, əmiri listə sərib kənarlarını bir az qatlayın ki, haşiyə alınsın. Pomidorları yuyub ikiyə bölün, üzərinə doğranmış sarımsaq, rozmarin, duz və bir az zeytun yağı əlavə edin, xəmirin üzərinə nazik qatla xardal çəkin. Rəndələnmiş pendiri səpin, pomidorları kəsik tərəfi yuxarı olmaqla düzün. Pizzanı 20–30 dəqiqə bişirin. Xəmir qızarıb qızılı rəng almalı, pendir isə əriyib yayılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir