musiqi

Pop musiqi dinləyənlər daha ağıllı olurlar – ARAŞDIRMA

Baxış sayı: 1. 405

İngiltərəli elm adamları pop musiqi dinləyənlərin musiqinin digər növlərini sevənlərdən daha ağıllı olduqlarını müəyyənləşdirib.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, araşdırmanın rəhbəri, psixoloq

Emma Qrey pop musiqinin insan beynini, sözün əsl mənasında, oyaq saxladığını qeyd edib.

Onun sözlərinə görə, Mayli Sayrus, Keti Perri və Castin Timberleyk kimi ulduzların mahnılarını dinləmək beyin üçün faydalıdır:

“Bu tip mahnılar beyni oyaq saxlayır, diqqəti artırır, insanın ətraf mühiti qavrama sürətini artırır”.

Araşdırmada iştirak edən tələbələrdən pop musiqiyə qulaq asanların ingilis dili və incəsənət dərslərində, klassik musiqi dinləyənlərin isə riyaziyyatda daha aktiv olduqları müşahidə edilib.

Qeyd edək ki, bundan öncəki araşdırmalarda klassik musiqi dinləməyin insan zəkasına müsbət mənada təsir etdiyi aşkarlanmışdı.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir