tort

Portağal piroqu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 534

“Gencaile.az” saytının “Şirin süfrə” rubrikasında  instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən bu gün sizə portağal piroqunun hazırlanma qaydasını təqdim edirik.

Piroqu istədiyiniz kimi şokoladla, quru meyvələrlə, qozla və s. ilə bəzəyə bilərsiniz. Həmçinin bu piroqu uzununa 2 hissəyə bölüb arasına istənilən krem vurmaq olar.

 

Lazım olan məhsullar:

– Un – 250 qr

– Yumurta – 4 dənə

– Şəkər tozu – 150 qr

– Portrağal – 1 dənə

– Vanil – 1 bağlanma

– Qabartma tozu – 2 çay qaşığı

– Kərə yağı – 200 qr

PORTAGAL PIROQU

Hazırlanması

Bütün ingrediyentlər ev temperaturunda olmalıdır. Kərə yağı şəkər tozu ilə mikserlə yaxşı qarışdırılır. Yumurtaları bir-bir əlavə edirik və yaxşı qarışdırırıq. Sürtgəcin köməyi ilə portağalın qabığını ehtiyatla soyuruq. Yalnız narıncı qabıq istifadə olunur, ağ qabıq acı dad verir. Portağalın şirəsini sıxırıq. Portağalın qabığını və şirəsini yağlı-yumurtalı kütləyə əlavə edirik və yaxşı qarışdırırıq. Unu ayrı qabda ələyirik və qabartma tozu ilə qarışdırırıb əsas kütləyə əlavə edirik. Xəmiri yaxşı qarışdırırıq və xüsusi kağız sərilmiş tavaya qoyuruq. Piroqu 20-30 dəqiqə ərzində əvvəlcədən 180-190 C kimi qızdırılmış sobada bişirilir. Soyuyandan sonra piroqu şəkər pudrası, şokolad, doğranmış qozla və s. ilə bəzəyirik.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir