Hər bir insan həyatında xoşagəlməz, ağır və ya qorxulu hadisələrlə üzləşə bilər. Bu hadisələr bəzən insanın psixikasında dərin izlər buraxır. Belə hallarda yaranan ən çox rast gəlinən psixoloji problemlərdən biri Posttravmatik Stress Pozuntusu (PTSP)-dur.
PTSP nədir?
Posttravmatik Stress Pozuntusu – insanın həyatı üçün təhlükəli, qəfil və şiddətli hadisədən sonra uzun müddət keçməsinə baxmayaraq həmin hadisəni tez-tez xatırlaması, qorxu, təşviş və güclü narahatlıq yaşaması ilə xarakterizə olunan psixoloji pozuntudur.
Başqa sözlə, insan təhlükə bitmiş olsa belə, onun təsirlərini özündə daşımağa davam edir.
Səbəbləri
PTSP adətən aşağıdakı travmatik hadisələrdən sonra yarana bilər:
- Müharibə və silahlı toqquşmalar
- Zəlzələ, sel, yanğın kimi təbii fəlakətlər
- Yol qəzası və ya ağır xəsarət
- Fiziki və ya emosional zorakılıq
- Yaxın adamın qəfil itkisi
- Həyat üçün təhlükə yaradan hər hansı hadisə
Əlamətləri
PTSP yaşayan insanlarda aşağıdakı əlamətlər müşahidə olunur:
- Hadisəni tez-tez və istəmədən xatırlamaq
- Kabuslar görmək, yuxusuzluq
- Hadisəni xatırladan yerlərdən, insanlardan və söhbətlərdən qaçmaq
- Daim gərgin, asan qıcıqlanan və əsəbi olmaq
- Həddindən artıq qorxu və təşviş hissi
- Ümidsizlik və gələcək barədə mənfi düşüncələr

Müalicə yolları
PTSP müalicə oluna bilən bir pozuntudur. Əsas yanaşmalar bunlardır:
- Psixoterapiya – xüsusilə koqnitiv-davranış terapiyası travmanın təsirlərini azaltmağa kömək edir.
- Dərman müalicəsi – həkim nəzarəti ilə ehtiyac olduğu halda bəzi dərmanlar narahatlıq və depressiya əlamətlərini yüngülləşdirə bilər.
- Dəstək və ünsiyyət – ailə, dostlar və yaxınların dəstəyi sağalma prosesində mühüm rol oynayır.
Əgər PTSP vaxtında müalicə olunmazsa, insanın gündəlik həyatına, sosial münasibətlərinə və iş fəaliyyətinə ciddi təsir göstərə bilər. Uzun müddət davam edən narahatlıq həm psixoloji, həm də fiziki sağlamlıq üçün təhlükəlidir.
Posttravmatik Stress Pozuntusu ciddi, amma müalicəsi mümkün olan bir psixoloji haldır. Ən vacibi budur ki, insan yaşadığı bu çətinliklə tək qalmadığını bilsin və vaxtında mütəxəssisə müraciət etsin.
Psixoloq Əminə Tağıyeva












































































































































































Men 3 il evvel yol qezasi kecirmisem, hec vaxt unuda bilmirem. Bazi gecerler yuxuda yeniden yasayiram o anlari. Deyisen tək sey vaxt olur, amma hisler qalir. Bele yazilar insana teselli verir. Sag olun.
Bu kimi mövzular cəmiyyətdə çox da danışılmır. İnsanlar psixoloji problemlərə ciddi yanaşmır, amma yazını oxuyanda başa düşürsən ki, bu hal heç də tək yaşanılan bir şey deyil. Əminə xanım, təşəkkür edirəm, davamlı paylaşasınız.
Cooox sag olun bele melumatlara cox ehtiyac var. Men de boyuk bir hadiseden sonra uzun muddettir rahat yata bilmirem, indi anlayiram ki, bu hec de adi deyil. Allah sizden razi olsun 🙏
Yazını çox faydalı hesab edirəm. Əlamətlər və müalicə üsulları çox dəqiq izah olunub. Gələcəkdə istifadə üçün qeyd etdim. Əminə xanıma təşəkkür edirəm.
Men de esebliyem, her sesden diksinirem, bezen ozumu itirirem. Heç kime demirem, amma burda oxuyanda bildim ki, bu menim gunahim deyil. Cox sagolun valla, insan oxuyub rahatlasir.
Mənim üçün çox maraqlı oldu, çünki bir çox insan PTSP-nin nə olduğunu bilmir və ya bunu ciddiyə almır. Amma məqalədə deyildiyi kimi, bu, həyatımızı çox təsir edə bilər. Xüsusilə, iş həyatımda və sosial münasibətlərimdə böyük çətinliklər yaşadım. Sağalma prosesi çətin olsa da, doğru yanaşmalarla bu halın öhdəsindən gəlmək mümkündür. İnsanların mütəxəssisə müraciət etməsi çox vacibdir.
Mənim yaxın bir dostum PTSP-dən əziyyət çəkir və çox zaman onun yaşadıqlarını başa düşməkdə çətinlik çəkirdim. Amma məqalə mənə bir çox şeyləri izah etdi. İnsanlar travmalarını qəbul etməkdə çətinlik çəkir və bu da çox vaxt təxirə salınır. Amma bu yazı göstərir ki, zamanında müdaxilə etmək çox vacibdi. Psixoterapiya və dostların dəstəyi mütləqdir.