vizajist

Prezident baxımına 26 min xərcləyir, bəs azərbaycanlı kişilər?

Baxış sayı: 1. 584

Illər öncə qadınlar baxımlı olmağa, kosmetik prosedurlardan istifadə etməyə, salonlarda saatlarla vaxt keçirməyə can atsalar da, indi artıq kişilər də onlardan geri qalmır. Günü-gündən belə kişilərin sayı artsa da, onların bu addımı birmənalı qarşılanmır.

Son günlər isə Fransa prezidenti Emmanuel Macron vizajist xidmətinə sərf etdiyi məbləğ müzakirələrə səbəb olub. Belə ki, o baxımı üçün 3 ay ərzində 26 min avro xərcləyib. Bəziləri onu xərclədiyi məbləğə görə qınayıb, bəziləri isə kişilərin baxımlı olmaq istəklərini tənqid edib.

Azərbaycanda özünə qulluq edən, müxtəlif kosmetoloji prosedurlardan keçən kişilərin sayı az deyil.  Bəs, onlar baxımına nə qədər xərcləyir? Azərbaycanlı kişilər əsasən hansı kosmetoloji prosüdurlar üçün müraciət edir?

Mövzu ilə əlaqədar epilasiya mərkəzlərinin biri ilə əlaqə saxlayıb və qiymətləri öyrəndik. Saytımıza bildirdilər ki, kişilər adətən lartıq tüklərdən xilas olmaq üçün müraciət edirlər. onlar qaşarası, göz altı, çiyinlərin, qolların təmizlənməsi xidməti istəyirlər. Bu prosedur hər nahiyə üçün fərqli qiymətdir.  Belə ki, qaşarası 5, gözaltı 10, boğaz 15 manat, qolaltı 15, cinsiyyət bölgəsi 30, kürək bütöv halda 100 manatdan başlayır. Tükün qalınlığına görə qiymətlər dəyişir.

Mövzu ilə əlaqədar kosmetoloq Fidan Məhərrəmova isə saytımıza açıqlamasında bildirdi ki, artıq qadınlar qədər kişilər də özünə qulluq edir: “Əvvəllər ancaq qadınlar baxımlı olmağa çalışırdılar. Indi dövr dəyişib. Qadınlar qədər kişilər də özlərinə qulluq edirlər. Belə kişilərin sayı günü-gündən artır. Onlar kosmetoloji prosedurlar üçün müraciət edir. Kişilər daha çox üz dərisinin təmizlənməsi (çistka), lazer epilyasiyası üçün müraciət edirlər. Son aylar kişilər arasında üz və dodaqların  gellərlə doldurulması dəb halını alıb. Onlar əsasən göz çarpmayacaq dərəcədə dəyişiklik etmək istədiklərini bildirirlər”. (Musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir