Mehmet Ceyhan

Professordan koronavirus gerçəkləri: “Pandemiyanın əvvəli…”

Baxış sayı: 907

Türkiyəli professor Mehmet Ceyhan hazırda heç bir ölkənin koronavirusun ikinci dalğasını yaşamadığını bildirib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, professor ikinci dalğa termininin izahını belə verib:

“İspan qripində yoluxma sayı əvvəlcə sıfırlanmışdı, 2 ay ərzində yoluxma faktı qeydə alınmamışdı, avqust ayında virus mutasiyaya uğradı və 50 milyondan çox insan öldü. Odur ki, ikinci dalğanın başlaması üçün əvvəlcə yoluxma sayının sıfırlanması, ölkələrin tədbirləri aradan qaldırması və epidemiyaya bir müddət sonra yenidən başlanılması lazımdır. Hazırda ölkələr birinci dalğanın ikinci şiddətlənmə dövrünü yaşayır. İndi dünya pandemiyanın əvvəlki vəziyyəti ilə müqayisədə daha pis durumdadır.

ABŞ və Braziliyada yoluxmalar azalıb, ancaq Hindistanda göstəricilər rekord həddədir. Avropa ölkələri yoluxma sayı 100-300 kimi rəqəmlərə düşdükdən sonra da yoluxmanı sıfırlaya bilmədi. Alimlərin səhv proqnozları buna çox təsir etdi. Onlar bildirdilər ki, bu, qış virusudur, epidemiyanın yay və may aylarında sona çatacağı proqnozlaşdırılmışdı. Dövlətlər də bu proqnozlara güvənərək tədricən tədbirləri iyun ayının əvvəlində gözləniləndən daha tez aradan qaldırdı. İqtisadi məcburiyyət də təsirini göstərdi.

Tarixə baxdığınız zaman böyük pandemiyaların çoxunun yazın ən isti dövründə meydana gəldiyini görərsiniz. Virus 90 faiz tənəffüs yolu ilə yoluxur. Bu, 1 saniyədən az müddətdə baş verir. Bu səbəbdən proqnozlar özünü doğrultmadı”.

Ceyhan ikinci proqnozla əlaqədar səhvləri də qiymətləndirib:

“İzolyasiya sayəsində virusun yayılmasının qarşısının alınmasının mümkün olduğu deyilirdi. Ancaq bunun da səhv olduğu ortaya çıxdı. Əslində, bütün dünyada aparılan araşdırmalarda məlum oldu ki, virusa yoluxanların 90 faizində heç bir əlamət özünü göstərmir. Bundan sonra ölkələr bu tip yeni yoluxmaların tapılması üçün test siyasətləri hazırlamağa başladı.

Əgər mutasiya və ya bütün cəmiyyəti peyvəndləmək üçün fürsət yoxdursa, yoluxmalar bir neçə dəfə artacaq. Burada vacib olan əhalinin tədbirlərə əməl etməsidir. Qorunmaq üçün maska taxmaq və sosial məsafəni qorumaq yetərlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir