Aygun Kerimli

Psixologiya sahəsində inanclara münasibət necədir?

Baxış sayı: 423

Psixologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələri göstərir ki, inanclı olmaq insanın psixikasına müsbət təsir göstərir. Ona görə də psixologiyada inanca yanaşma belədir: inancın adı və nə olduğu dəyişə bilər, ancaq təsiri eynidir.

İnanc təməldə insanın güvən duyğusu ilə bağlı olduğu üçün nəyə inandığından asılı olmayaraq həmin inanc insan üçün böyük enerji mənbəyinə və ya enerji itkisinə çevrilə bilər. Psixoloji olaraq bu, belə bir struktur üzrə formalaşır ki, əgər inanc özünə sağlam şəkildə təfəkkürdə yer tapırsa, əsaslandırıla bilirsə, bu zaman enerji mənbəyinə çevrilir. Çünki bu halda düşüncə duyğunu tənzimləyə bilir. İstər müsbət, istərsə də mənfi bir hal yaşandıqda, insanın inancı sarsılmır və o, baş verənlərlə bağlı determinist mövqe tutur.

Əgər inanc əsaslandırılmadan sadəcə duyğu yükü ilə formalaşır və davam edirsə, enerji itkisinə çevrilir. Səbəb odur ki,insanda fərqli situasiyalarda ziddiyyətli duyğular yarana bilir və bu duyğular düşüncə ilə tənzimlənmirsə, inanc sağlam və əmin şəkildə formalaşmır. Hər hansı müsbət bir hadisə yaşadıqda sevinc, şövq və s. kimi müsbət duyğularla inancları bəslənən bir insan, bunun əksinə, mənfi bir hadisə yaşadıqda inancları sarsıla bilir.

Ona görə də sağlam inanca sahib olmaq insanın psixikası üçün müsbət bir keyfiyyətdir. Əgər uşaq böyüdürsüzsə və onun həyatla balanslı münasibətinin olmasını istəyirsizsə, bünövrənin güvənli, ümidli, inamlı olması lazımdır. Bu isə sizin inanc sxeminizdən asılıdır.

İnanclı və ya inancsız olmaqla bağlı narahatedici düşüncələriniz varsa, bu, təməl güvən hissiylə əlaqədar ola bilər. Aydınlaşdırmaqda çətinlik çəkdiyiniz məqamlarla bağlı psixoloji dəstək almağınız tövsiyə olunur.

 

Psixoloq Aygün Kərimli

(Mütəxəssislə  077 615 84 80 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)




1 şərh “Psixologiya sahəsində inanclara münasibət necədir?

  1. Aynur

    Inancli olmaq insanin psixikasina cox tesir edir, buna gore de inanca yaxinlasma vacibdi. Qesey ya da pis olmasindan asili olmayaraq, insan inanci ile ozunu daha yaxshi hiss edir. Meselen, insan bir seye inananda, o inanc ona enerji verir ve ya ziddiyetli duyğularla yüklənər. Bu da insana daxili sabitlik yaradir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir