Zumrud Haqverdiyeva

Psixologiyanızdakı narahatlığı necə aradan qaldırmalısınız?

Baxış sayı: 516

1) Özünü tanımaq: Mən kiməm? Mənim bacarıqlarım nədir? Mən nəyi xoşlayıram? Özünüzü kəşf edin. Maraqlarınızı kəşf edin, duyğularınıza  şəfqətlə yanaşın, mənfi cəhətlərinizlə barışın.

2) Məqsədiniz olsun. Həyatda nə üçün var olmaq istəyirsiniz? Nə etmək istəyirsiniz? Sizin üçün nəyin vacib olduğunu müəyyənləşdirin. Əvvəlcə kiçik, real hədəflər qoyun və hərəkətə keçin, çünki bu məqsədlərə nail olmaq daha asandır və özünüzə  motivasiyanız artacaq. Zamanla bu, məqsədinizə çatmaq üçün böyük bir addım olacaq.

3) Qəbullamanın verdiyi hiss: Razılaşırıq ki, həyat sonsuz bir təcrübə olduğundan, bizim başımıza istənilən vəziyyət gələ bilər. Mənfi duyğulara qapılmaq əvəzinə, təcrübələrimizdən öyrənməli və irəli getməli olduğumuzu dərk etməli və bütün həyata baxmağa çalışmalıyıq.

4) Sosial əlaqələr qurun: Sizin üçün yaxşı olan və sizi inkişaf etdirən  insanlarla əlaqə saxlayın. Hisslərinizi və düşüncələrinizi hamı ilə deyil, sizi başa düşdüyünü hiss etdiyiniz insanlarla paylaşın. Əlinizdən gələnin ən yaxşısını edin və qarşılığında heç nə gözləməyin, insanlara faydalı olduğunuzu bilmək sizi yaxşı hiss edəcək.

 5) Rutin yaradın. Rutinlər insanların həyatlarında proqramlaşdırılmasına səbəb olur və stressi azaldır. Rutinlər şəxsidir. Yəni hərkəs üçün fərqli ola bilir.

7) Mükəmməllik axtarışından uzaqlaşın: Daim tənqid olunan daxili səsə sahib olmaq psixoloji yıxılmağa gətirir. Depressiya, narahatlıq, qəzəb kimi hisslərə səbəb olur.

8) Peşəkar dəstək alın: Bütün bunlara baxmayaraq özünüzü yaxşı hiss etmirsinizsə və işlər nəzarətdən çıxırsa, mütəxəssislərdən dəstək almaqdan çəkinməyin.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir