Daxili MƏNlə enerji çalışmaları sizə çox şey qazandıra bilər. Enerji çalışmaları ilə gələcəyə odaklanıb,uğura çatmanızı tezləşdirə bilərsiniz. Tapşırıqlar zamanı stress, özgüvən azlığını,həyəcan, gələcəyə ümidsizlik kimi hisslərdən azad ola bilərsiniz.
1) Kresloya oturun. Gözlərinizi yumun və dərin nəfəs alıb rahatlayın. Odaklanın,rifahınızın, ruh halınızın əsl səbəblərini anlayın və özünüzə izah edin. Diqqətinizi başqa mövzulara yönəltməyin.
2) Daxili səsinizlə səsləndirin: “İstədiyim kimi hiss etmək istəyirəm. Bu yeni hissi yaşayıram, yeni vəziyyətin hissini xatırlayıram və yaddaşımda saxlayıram”
3) Keçmiş hisslər şüuru reallıq kimi doldura bilər və onun obrazlarını şüursuz şəkildə diktə edə bilər. Bunlar keçmişin mənfi görüntüləridirsə,sizi narahat edirsə, arzuolunmaz, mənfi xatirələri “silmək” üçün yeni hisslərə köklənin,yeni üsullardan istifadə edin.
4) Diqqətinizi yeni təcrübəyə yönəldin və fikir yeni bir vəziyyətə keçəcək. Yeni bir heyat beyində yaradılmalıdır və sağlam və xoşbəxt bir real gələcəyin görüntüsünü hiss etməlisiz. Onun yaradıcısı məcazi təfəkkürdür.
5) Bədənə təsir etmək üçün zəruri olan şəkillər üzərində düşünməyə başlayın. Bir başlanğıc üçün – ən sadə olanları seçin. Beyninizdə sizə müsbət xatirələr gətirəcək zehni görüntülər yaradın.
6) Təsəvvürünüzdə müsbət fikir formaları yaradın və onlara inanın. Onlarda özünüzü sağlam və güclü görməlisiniz.
Ruhiyyə Rüstəmova
Klinik psixoloq, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq biliyinin təsisçisi