Bütün dünyada olduğu kimi, Azərbaycanda da boşanma səbəbləri müxtəlif olur. Tərəflərin yollarını ayırmasının bir çox səbəbi olsa da, araşdırmalar Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəl həyatından sonra ayrılmağa qərar verirlər.
Psixoloq Azad İsazadə deyir ki, nikahların kritik periodları var: “Dünya statistikasına görə o period nikahdan 3,7, 15 il sonra yarana bilər. Bu üç periodda boşanma riski çoxalır. Azərbaycandakı boşanmalar demək olar ki, dünya statistikasına yaxındır. Boşanmaların səbələrini təkcə mənfi əməllərdə axtarmaq doğru deyil. Bəzi hallarda boşanma qadını da, kişini də xilas edir. Bəzən boşanma yeganə çıxış yoludur”.
Qeyd edək ki, ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.