mm

Psixoloqların məqalə müsabiqəsi yekunlaşdı

Baxış sayı: 455

Ölkənin yeganə ailə saytı olan “Gencaile.az” tərəfindən təşkil olunan və Azərbaycanın müxtəlif bölgələrindən psixoloqların qatıldığı məqalə müsabiqəsi uğurla başa çatdı. Müsabiqədə Naxçıvan Muxtar Respublikası, Gəncə, Salyan, Masallı və Ucar rayonlarında fəaliyyət göstərən psixoloqlar iştirak etdilər.

Məqalələrin qiymətləndirilməsi oxunma sayı əsasında aparılıb və müsabiqə ərzində təqdim edilən yazılar böyük maraqla qarşılanıb.

Nəticələrə əsasən, müsabiqənin qalibi, 80287 oxunma sayı ilə Masallı rayonundan olan psixoloq Nuranə Rufullayeva olub. Onun təqdim etdiyi “Ailənin güzgüsü: Uşaq tərbiyəsi və ailə münasibətləri” adlı məqalə oxucular tərəfindən yüksək qiymətləndirilib və geniş paylaşım qazanıb.

İkinci yerə, Gəncədən müsabiqəyə qoşulan və “İntihara aparan yollar” adlı məqaləsi ilə böyük diqqət çəkən, sözügedən yazısı 80011 dəfə oxunan Günel Maarifqızının məqaləsi layiq görülüb.

İlk üçlüyü isə Naxçıvan Muxtar Respublikasından müsabiqəyə qatılan Nərmin Əliyeva tamamlayıb. Onun “Sosial şəbəkələr psixoloji sağlamlığımıza necə təsir edir?” başlıqlı yazısı 30441 dəfə oxunaraq ön sıralarda qərarlaşıb.

sayt

“Gencaile.az” rəhbərliyi müsabiqənin məqsədinin bölgələrdə fəaliyyət göstərən psixoloqların peşəkar biliklərini geniş auditoriyaya təqdim etmək, ailə psixologiyasına dair ictimai maarifləndirməni artırmaq və cəmiyyət üçün faydalı məzmunların təşviq olunması olduğunu qeyd edib.

Sayt rəhbərliyi bildirir ki, oxucu marağı və iştirakçı fəallığı nəzərə alınaraq bu cür müsabiqələrin davamlı şəkildə təşkil olunması planlaşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir