13487464_1099875410074245_1431407544_n

“Pul qurtaranda evdən gələn mürəbbələr köməyə çatır” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 1. 870

Türkiyədə təhsil alan azərbaycanlı gənclərin sayı dünyanın başqa ölkələri ilə müqayisədə çoxdur. Səbəb sadədir, qardaş ölkədir, dil, din, mədəniyyət, mentalitet eyni kökdəndir.

Ancaq hər halda tələbə evdən uzaqdadır, ailəsi, yaxınları üçün burnunun ucu göynəyəndə okeanın o üzündə olmaqla yaxın ölkədə olmaq ciddi fərq etmir, qəriblikdəsən vəssalam.

“Tələbə bileti” rubrikası davam edir. Ümid edirik ki, xaricdə təhsil alan gənclərimizlə müsahibələrimiz həm oxucularımız üçün maraqlı olacaq, həm də xaricdə təhsilə maraq göstərən gənclər üçün yol göstəricisi kimi əhəmiyyət kəsb edəcək.

Türkiyədən də təsadüfən danışmamışdıq. Budəfəki qonağımız qardaş ölkənin Orta Doğu Texniki Universitetində təhsil alan İlkin Qulusoydur.

 

– Niyə xaricdə təhsili seçmisən?

Xaricdə təhsil almağım üçün bir neçə səbəb var. İlk olaraq, oxuduğum liseyin böyük rolu olub, mənə hədəflərimi daha yuxarıda tutmağı öyrətməsi və məzunlarımızın çox hissəsinin xaricdə təhsili seçməsidir. İkincisi, Azərbaycanda üniversitetlərdəki təhsil səviyyəsinin aşağı olmasıdır.

 

– Türkiyəyə ilk gəlişində hansı təəssüratlar, hansı narahatlıqlar baş qaldırdı?

– Açığı Türkiyəyə ilk gəldiğimdə o qədər də  türkiyəlilər demişkən, şaşırdacaq nəsə gözləmirdim , fərqli mədəniyyət və ya fərqli insanlar gözləmirdim, amma təbii ki bəzi fərqliliklər vardı. İlk gəldiğim gün Türkiyədə “Zafer bayramı”ydı hava limanından universitetə gedərkən yol boyu hər yerdə bayraq vardı hər eyvanda, hər iş yeri, obyektlərdə bu məni həm təəccübləndirmişdi, həm də insanlardakı bayraq sevgisi qururvericiydi, Azərbaycan türkü olaraq.

 

– Ev üçün darıxırsan, yoxsa artıq alışmısan?

– 10 yaşımdan evə bayramda, həftə sonları, tətillərdə, Türkiyəyə gəldikdən sonra semestr tətilində gedirəm, ona görə ailədən uzaqda yaşamağa öyrəşmişəm. Buna baxmayaraq  insanın evi üçün darıxmaması mümkün deyil. Ailəm, yaxınlarım üçün darıxıram.

13487661_1099875366740916_1429821316_n

– 15 yaşlı uşaq fransız görmə əngəlli insanlar üçün xüsusi şrift yaradır. Kanadada həvəskar səviyyədə astronomiya ilə məşğul olan 10 yaşlı qız ulduz partlaması kəşf edir və s. Bizim uşaqlar isə “contur strike”-da neçə adam öldürdüklərini hesablayır. Səncə, problemimizin kökündə nə durur?

– Fikrimcə hər bir toplumda  “contur strike”da neçə adam öldürdüyünü hesablayan  təbəqə, gənclik və toplum üçün faydalı olacaq potensial gənclik var, sadəcə sadaladağınız ölkələrin əksinə bizdə o bacarıqları kəşf edəcək təhsil sistemi yoxdur, ətrafdakıların dəstəyi ailə, qohumlar, dostlar kimi və sosial medianın şüurlu şəkildə istifadə edilməməsi kimi problemlər var.

 

– Dərslərdən əlavə nə iş görürsən, hansı məşğuliyyətlərin var?

– Dərslərdən əlavə olaraq idmanla məşğul oluram, dostlarla görüşürəm, maddi durumda yetərlidisə konsert proqramlarına qatılıram, başqa şəhərə qısa müddətli səyahət edirəm, loru dildə desək,  “havamı dəyişirəm”.

 

– Əgər sirr deyilsə, ayda nə qədər pul xərcləməli olursan?

– Bu, hər ay dəyişsə də, təqribən aylıq 400-500 dollar xərcim olur.

 

– Pul qurtadı. Belə halda nə edirsən?

– Tələbənin standart  problemlərindən biridir. Evdən gələn mürrəbbələr, bəhməzlə qəlyanaltı, makaron, qaynanmış düyüylə günorta və axşam yemək ehtiyaclarımı ödüyürəm. Başqa nəyəsə pul lazımdırsa, dostlarımdan alıb ayı başa vururam.

 

– Bazarlıq, alış-veriş, yemək hazırlamaq, paltarları yumaq, ütüləmək – bu məsələləri necə yoluna qoyursan?

– Aliş-veriş etməyi xoşlayıram, amma hər gün yemək hazırlamıram, adətən yeməkxanada, yataqxananın bufetində yeyirəm. Paltar yumaq yaralı yerimdir,  tez-tez yumaqdan paltarlarım tez sıradan çıxır, amma ütüləməyi sevmirəm,  ancaq  klassik geyimlərimi ütüləyirəm.

13487342_1099875350074251_1411644771_n

– Ankaranı və heç olmasa İstanbulu gəzməyə vaxt olubmu?

Bəli ,olub. Ankarada oxumağıma baxmayaraq İstanbulu daha çox gəzmişəm . Ankarada  gəziləcək yerlər azdır, Türkiyəlilər demişkən “Memur şehiri” , “Boz şehir”dir.

– Türkiyə terrorla təəssüf ki, tez-tez çalxalanır. Bu baxımından insanların narahatlığını hiss edirsənmi? Yoxsa artıq adiləşib bu hadisələr?

– İlk vaxtlarda insanlarda panika vardı, təəssüf ki, terror hadisələrinin sayı çoxaldıqca insanlar qəbullanmasalar da edəcək birşeyləri də olmadığından bir baxımdan adiləşib.

 

– Türklər Dağlıq Qarabağ münaqişəsi barədə nə düşünür – bunu təxminən bilirik. Bəs orda müasir gəncliyin bu məsələ ilə bağlı fikri necədir?

– Müasir gənclik böyük çoxluqla ərazi bütövlüyümüzü tanıyır ve dəstəkləyir bizi bu münaqişədə. Amma gördüklərimə görə səsimizi, dərdimizi dünyaya çatdırmaq  problemimiz var, hətta Türkiyə belə olsa. Təbii ki, burda həlledici dövlətlərin və medya orqanlarının ikili standart tətbiq etməsi böyük rol oynayır. Amma bizim də dövlət və fərd olaraq yetərsizliyimiz görünür.

 

– Azərbaycan qayıdıb harda çalışmağı düşünürsən?

– Yer olaraq fikirləşməmişəm, amma öz sahəmdə irəliləyə biləcəyim və faydalı olacağım işdə çalışmağı düşünürəm, inşallah xeyirlisi olar.

 

Söhbətləşdi: Vüsal

13487340_1099875280074258_198105147_n 13487443_1099875243407595_569427104_n 13511528_1099875250074261_1272457622_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir