Pul təkcə kağız və ya rəqəmsal dəyər deyil. Pul, insanın özünü təhlükəsiz, azad, imkanlı və nəzarətdə hiss etməsini təmin edən bir vasitədir. Psixoloji baxımdan pul:
Öz güvənlə əlaqəlidir: “İstədiyim şeyi ala bilərəm” düşüncəsi özünü dəyərli hiss etdirə bilər.
Nəzarət hissini artırır: Pulun varsa, hadisələrə qarşı daha hazırlıqlı olduğunu düşünürsən.
Əminlik və təhlükəsizlik hissi verir: Xüsusilə qadınlar üçün pul, təcavüzkar münasibətlərdən çıxmaq və öz ayaqları üstündə dayanmaq üçün real gücdür.

Praktiki baxımdan isə pul:
Əsas ehtiyacları (yemək, sığınacaq, səhiyyə və təhsil) təmin etməyə kömək edir.
Yaxşı gələcək planları qurmaq üçün bir vasitədir (təhsil, səyahət, investisiya, öz biznesini qurmaq və s.).
Seçim və azadlıq verir. Pulun varsa, seçim etmə haqqın artır.
Pul haqqında cəmiyyətdən və ailədən aldığımız inanclar
Uşaqlıqdan başlayaraq ailədən və cəmiyyətdən pul haqqında müxtəlif inanclar alırıq. Bu inanclar, həyatımız boyu pul ilə münasibətimizi müəyyən edir:
“Pul hər şeyin başıdır” və ya əksinə “Pul pis şeydir” — bu kimi mesajlar bizim düşüncə sistemimizi formalaşdırır.
“Qadın pul qazanarsa, ərinə hörmət etməz” kimi zərərli stereotiplər, qızların maliyyə azadlığına can atmasını ləngidə bilər.
“Qız uşağı üçün pul yığmaq olmaz, necə olsa evlənəcək” – bu cür yanaşmalar, qadının maliyyə bacarığını və haqlarını dəyərsizləşdirir.
“Pul haqqında danışmaq ayıbdır” — bu cəmiyyət mesajı, qızların maliyyə haqqında açıq düşünməsini və soruşmasını əngəlləyir.
Bu inanclarla üzləşmək və onlardan azad olmaq, maliyyə savadlılığının ilk addımıdır. Seminar zamanı iştirakçılar öz ailələrindən, mühitlərindən aldıqları bu cür mesajları yazaraq və paylaşaraq, bu inancların necə formalaşdığını və onları necə dəyişdirə biləcəklərini anlaya bilərlər.

Pulun qadınların azadlığındakı rolu
Tarix boyunca qadınların azadlığını məhdudlaşdıran əsas səbəblərdən biri maliyyə asılılığı olub. Qadınların:
Öz gəlirlərinin olmaması,
Kişidən asılı maliyyə həyatı yaşaması,
İstəmədikləri münasibətlərdə yalnız “pul yoxdur” deyə qalmaq məcburiyyətində olmaları, azadlıqlarını məhdudlaşdırıb.
Pul, qadın üçün təkcə alış-veriş etmə vasitəsi deyil. Pul:
“Xeyr” demə haqqı verir. Əgər öz gəlirin varsa, istəmədiyin təklifi, münasibəti, təzyiqi rədd edə bilərsən.
Seçim etmək haqqı verir. Harada oxuyacağın, harada işləyəcəyin, necə yaşayacağın barədə qərar vermək gücünü artırır.
Bacarıqlarının dəyərə çevrilməsi üçün fürsət yaradır.
Öz dəyərini hiss etdirmək üçün bir vasitəyə çevrilir – çünki qadınlar yalnız emosional deyil, maliyyə gücü olan fərdlərdir.
Bu mövzu seminarın qadınların güclənməsi ilə bağlı hissəsində xüsusilə vurğulanmalıdır.
Ülviyyə Əfəndiyeva
Ailə və uşaq psixoloqu
Ailə problemlərinin həlli üzrə ekspert
Beynəlxalq təlimçi












































































































































































Pulun psixoloji təsirini belə yaxşı izah etməyiblər heç yerdə. İnsan özü üçün dəyər yaratmaq üçün nə qədər vacib olduğunu unudur. Məqalədəki hər bir fikir tam yerindədi. Bu yazı ilə düşüncə tərzim dəyişdi.
Əslində pulun mənası çox dərin şeydir. Mənim üçün pul yalnız alış-veriş etmək deyil, öz seçimlərini etmək, azad olmaq və gələcəyini qurmaq üçün bir vasitədir. Qadınların maliyyə azadlığı haqqında yazılanlar çox doğru. Bizim üçün bu, həm də güc deməkdir.
Qadınların maliyyə azadlığının vacibliyi barədə yazılanlar çox doğru. Məncə, hər kəs bunu oxumalıdır.
Məqalə çox gözəldi, xüsusilə qadınların maliyyə asılılığının məhdudlaşdırıcı tərəfi haqqında olan hissə çox diqqətimi çəkdi. Pul, həqiqətən də, azadlıq deməkdir. Bu yazı mənə öz həyatımda hansı dəyişiklikləri etməli olduğumu göstərdi. Çox sağolun
Pul, həqiqətən, insanın həyatında yalnız materialist bir şey deyil, həm də bir təhlükəsizlik hissi və seçim azadlığı verir. Mənim fikrimcə, xüsusən qadınlar üçün maliyyə müstəqilliyi əldə etmək onların həyat keyfiyyətini artırır və özlərinə olan inamı gücləndirir. Bu yazı bu mövzuda çox vacib mesajlar verir.
Çox maraqlı yanaşmadır! Mən də uşaqlıqda “pul pis şeydir” kimi inanclarla böyümüşəm və bəzən pul məsələsi barədə açıq danışmaq çətin olurdu. Ancaq bu yazı göstərir ki, pulun yalnız maddi deyil, psixoloji tərəfi də var və öz güvənimizi artırır. Düşünürəm ki, cəmiyyət olaraq pul haqqında daha açıq danışmalıyıq.
Həqiqətən, pul təkcə maddi şeylərdən ibarət deyil, insanın həyat keyfiyyətinə, özgüvəninə və azadlığına böyük təsir edir. Xüsusilə qadınlar üçün bu cür düşüncələr çox vacibdir. Yazını oxuduqca, pulun nə qədər əhəmiyyətli və bəzən azadlıq üçün bir vasitə olduğunu daha yaxşı anladım. Qadınların maliyyə bağımsızlığına sahib olması çox vacibdir