hicama

Qədim cavanlaşma prosedurunun təhlükələri

Baxış sayı: 360

Kosmetologiya sahəsində bir çox mütəxəssisin əmin olduğu kimi, üz hicaması uzun illər gənc və gözəl dəri saxlamaq üçün ən təbii və fizioloji üsuldur. Kapilyar qanaxma üsulundan istifadə edən qadınlar öz yaşlarından daha gənc görünmək, gözəl və hamar, birtonlu dəriyə sahib olmaq istəyirlər. Həmçinin hesab olunur ki, hicama xoşagəlməz səpgilərdən qurtulmağa kömək edir və problemli dərini müalicə edir. Ancaq həqiqətən təhlükəsizdirmi?

“Rosiya” telekanalında yayımlanan “Ən vacibi haqqında” proqramının mütəxəssisləri bu “ekzotik” prosedurun təsirini və risklərini qiymətləndiribilər.

 

Üzdə hicamanı necə etmək olar?

Əvvəlcə dəri təmizlənməlidir və düzgün buxar qəbul etməlidir ki, qan üzə axsın. Sonra xüsusi kəsilmiş bıçaqdan istifadə edərək, usta dəri üzərində kiçik dəliklər edir və oradan qan çəkir. Dərini qidalandırmaq və zədələnmiş təbəqələri örtmək üçün qan bir müddət üzdə qalır.

 

Səmərəlilik və təhlükəsizlik

Mütəxəssislər xatırladıblar ki, müalicəvi qançıxarma bəşəriyyətə qədim zamanlardan məlum olub. Ancaq bu terapiyanın effektivliyini və təhlükəsizliyini təsdiqləyən tədqiqatlar varmı?

Rusiyalı dermatoloq və kosmetoloq Oksana Şatrova əmin edir ki, hicamanın effektivliyinə dair heç bir aydın sübut yoxdur. Ancaq prosedur zamanı gigiyena qaydalarına riayət edilməsi mütləqdir. Bundan əlavə, onun sözlərinə görə, sızanaq və digər iltihablı proseslər üçün hicama etmək qəti qadağandır, çünki infeksiyanın yayılma ehtimalı yüksəkdir və toxumanın iltihablaşması baş verə bilər.“Yəni gözəllik, cavanlaşma üçün etdirmək istədiyiniz bir prosedurun sonunda ya dərinin səthindən üzə çıxan mikro çapıqlar əldə edə bilərsiniz, ya da daxili dəri problemləri ilə üzləşə bilərsiniz”, – deyə Oksana Şatrova aydınlıq gətirib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir